“Diabetə birlikdə qalib gələk” devizi rəhbər tutulub
Tarix: 23.06.2018 | Saat: 18:33:00 | E-mail | Çapa göndər



İyunun 23-də Bakı şəhərinin Yasamal rayonu parkında Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə “Diabetə birlikdə qalib gələk” devizi ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADL-in sədri, Respublika Endokrinologiya Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova çıxış edib. O, hər yeddi saniyədən bir dünyada şəkərli diabetin fəsadlarından bir nəfərin dünyasını dəyişdiyini diqqətə çatdıraraq deyib: “Dünyanın bir çox ölkələrində şəkərli diabet ölümün bilavasitə səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, hazırda dünyada 451 milyon adam şəkərli diabetdən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, diabetə tutulanların sayı 2045-ci ilə qədər 690 milyon nəfərə çata bilər”.
Onun sözlərinə görə, statistik məlumatlar göstərir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu xəstəliyə tutulanların sayında, təəssüf ki, artım müşahidə olunur. Belə ki, müalicə-profilaktika müəssisələrində 243.226 xəstə qeydə alınıb. Y.Sultanova qabaqcıl ölkələrdə bu qlobal problemin həlli yollarının axtarışı istiqamətində həkimlər və tibb işçiləri tərəfindən aparılan tədqiqatlardan, habelə ölkəmizdə görülən işlərdən də danışıb. O diqqətə çatdırıb ki, Azərbaycan Diabet Liqası yarandığı gündən (1999-cu il) indiyədək birinci və ikinci tibb şəkərli diabeti olan insanların keşiyindədir və daim onlara yardım göstərir. Təşkilat tibbi proqram təminatı, hüquqi, sosial və humanitar yardım proqramı, fiziki və psixoloji yardım proqramı ilə məşğul olur. Bundan əlavə, yay düşərgələri təşkil edir. Düşərgələrdə diabetin profilaktikası, diyetoloqların və psixoloqların yardımı, yoqa dərsləri və s. tədbirlər keçirilir.
Çıxışlardan sonra paytaxt sakinləri, o cümlədən diabetdən əziyyət çəkən uşaqlar mütəxəssislər tərəfindən pulsuz tibbi müayinə olunublar. Onların hansı risk qrupuna daxil olduğu müəyyən edilib.
Aksiya iştirakçılarına şəkərli diabet və onun profilaktikası, şəkərli diabetdən əziyyət çəkən xəstələrin qidalanma qaydaları barədə məlumat verilib.
Tədbir konsert proqramı ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“At qripi“, “atların rinopnevmaniyası“ xüsusi təhlükəli xəstəliklər siyahısına daxil edildi
22.09.2018
Çinar yarpağı və zanbaq yağı yanıq yaraları zamanı faydalıdır
21.09.2018
İmmuniteti gücləndirən qidalar
21.09.2018
Yunanıstanda “Qərbi Nil“ qızdırması yayılıb
18.09.2018
Püstə yeyin ki, stresdən uzaq olasınız

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info