Yaponiya və Seneqal qarşılaşmasında heç-heçə nəticə əldə edilib
Tarix: 25.06.2018 | Saat: 02:19:00 | E-mail | Çapa göndər



İyunun 24-də “Rusiya 2018”in on birinci günündə ikinci oyun baş tutub. “H” qrupunda yer alan Yaponiya və Seneqal milliləri qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “Yekaterinburq Arena”da oynanılan görüşdə hesabı erkən qolla seneqallılar açıb. Üçüncü dəqiqədə cinah ötürməsindən sonra qapıçının səhfini “Liverpul”un əsas qol sılahı sayılan Sadio Mane bağışlamayıb - 0:1. Birinci hissənin bitməsinə on dəqiqə qalmış yaponlar hesaba tarazlıq gətiriblər. Yuto Naqatomonun ötürməsindən sonra Takasi Unui cərimə meydançanın daxilindən uzaq küncə dəqiq zərbə vurub – 1:1.
Fasilədən sonra oyunun 71-ci dəqiqəsində Seneqal millisi yenə hesabda irəli çıxıb. Musa Vaqe fərqlənib - 1:2. Qoldan yeddi dəqiqə sonra yaponiyalıların əks hücumunu Keysuke Honda dəqiq zərbə ilə tamamlayıb - 2:2. Beləliklə, görüş 2:2 hesabı ilə heç-heçə ilə başa çatıb.
Seneqal yığması qrupun ilk turunda Polşa millisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Yaponiya isə birinci turda gözlənilmədən Kolumbiya yığmasından üstün olub (2:1). Qrupun ikinci turuna Polşa-Kolumbiya oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da, məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.
Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. Gündoğar ölkə təmsilçilərinin ən uğurlu çıxışı 2002-cı ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponlar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
Xatırladaq ki, günün son qarşılaşması saat 22:00-da “Kazan Arena”da Polşa və Kolumbiya milliləri arasında keçiriləcək. İdman həvəskarları qarşılaşmanı İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info