“Rusiya 2018”: Kolumbiya-Polşa 3-0
Tarix: 25.06.2018 | Saat: 04:14:00 | E-mail | Çapa göndər



İyunun 24-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on birinci gününün sonuncu görüşündə “H” qrupunda yer alan Polşa və Kolumbiya milliləri qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “Kazan Arena” stadionunda keçirilən oyunda ilk dəqiqələrdən hər iki komanda hüçüma atılıb. Buna baxmayaraq hesab ilk hissənin sonunda açılıb. Quitero və Xames Rodriqezin qurduğu birgə kombinasiyanı Erri Mina dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra 70-ci və 75-ci dəqiqədə Radamel Falkao və Juan Quadradi fərqlənərək oyunda son nöqtəni qoyublar. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, Kolumbiya millisi vacib 3 xalı aktivinə yaza bilib, Polşa yığması isə səkkizdəbir final mərhələsinə çıxmaq şansın itirib.
Xatırladaq ki, dünya çempionatının ilk turunda polşalılar Seneqal yığmasına məğlub olublar (2:1). Kolumbiya isə eyni hesabla Yaponiya millisinə uduzub.
Qeyd edək ki, Avropa təmsilçisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatının ikiqat bürünc mükafatçısıdırlar (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.
Mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran futbolçu Radamel Falkaodur. Futbolçu 66 oyunda 26 qola imza atıb. Bu komandanın heyətində ən çox oyun keçirmiş futbolçu isə FIFA-nın “XX əsrin 100 əfsanəvi futbolçusu” siyahısına daxil olan Karlos Valderramadır (111 oyun).




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Ramal Aslanov sırf Azərbaycan kikboksinq məktəbinin yetirməsidir”
24.06.2019
Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub
24.06.2019
Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub
23.06.2019
Lüis Hemilton mövsümün 8-ci Qran-Prisinin qalibi olub
23.06.2019
Akrobatika gimnastlarımız “Minsk 2019“da üçüncü medalı qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info