Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
Tarix: 25.06.2018 | Saat: 13:28:00 | E-mail | Çapa göndər



Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 25-də gecə Türkiyə vaxtı ilə saat 2:50-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə möhtəşəm qələbə münasibəti ilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahında “balkon konuşması” ilə partiyadaşlarına, tərəfdarlarına xitab edib.

AZƏRTAC xəbər verir ki, İstanbuldan Ankaraya təyyarə ilə gələn Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə paytaxtında da vətəndaşlar tərəfindən böyük sevgi ilə qarşılanıb.
Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, ölkədəki seçki fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir. Qələbəyə görə bütün partiyadaşlarına, eləcə də Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edək ki, dövlət başçısı İstanbulda da Türkiyə xalqına müraciət ünvanlayıb. Səsvermədə iştirak edən bütün vətəndaşlara təşəkkürünü ifadə edən Türkiyə Prezidenti bildirib ki, xalq yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verib.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib
17.07.2019
İranda tayfalar bir-birini qırdı
17.07.2019
“Breeze 2019” hərbi təlimə start verildi
17.07.2019
Tramp: “Türkiyə ilə yaxşı münasibətlərimiz var“
17.07.2019
Planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info