“Fransadan fərqli olaraq, Azərbaycanda bütün dinlərin nümayəndələri azad şəkildə fəaliyyət göstərirlər”
Tarix: 25.06.2018 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib.
 
Konfransda komitənin sədr müavini Səyyad Salahlı, Prezident yanında Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, Mədəniyyət Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi nümayəndələri, ölkədə fəaliyyət göstərən dini icma rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

S. Salahlı bildirib ki, bu il dinlərarası və millətlərarası dialoq üzrə Bakı prosesinin 10 ili tamam olur: "Bu prosesdə Azərbaycan artıq bütün dünya üzrə tolerantlıq nümunəsi çevrilib. Azərbaycanda ümumiyyətlə, heç vaxt antisemitizm və ksenofobiya olmayıb. Azərbaycan xalqı tarix boyu multikultural dəyərlərə sahib olub. Azərbaycanın multikultral dəyərləri artıq 20-yə qədər ölkədə tədris olunur".
 
S. Aranlı qeyd edib ki, Avropadan, məsələn, Fransadan fərqli olaraq, Azərbaycanda bütün dinlərin nümayəndələri azad şəkildə fəaliyyət göstərirlər: "Məsələn, Fransada yəhudilərin özləri etiraf edirlər ki, yalnız evdə ibadət edə bilirlər, küçədə polis qadağası ilə üzləşirlər. Amma Azərbaycanda hər hansı dinin nümayəndələrinə küçədə qadağa qoyulduğunu görmüsünüzmü? Təbii ki, yox. Bizdə bütün dinlər Konstitusiya çərçivəsində azaddır".

Sonra Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Tamerlan Axundovun məruzəsi dinlənilib.
 
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info