“Ərdoğan Türkiyəni bundan sonra daha da inkişaf etdirəcək”
Tarix: 25.06.2018 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


“Xalq arasında olan nüfuzunu nəzərə alsaq Türkiyədəki seçkilərdə Rəcəb Təyyub Ərdoğanın qələbə qazanacağı şübhəsiz idi”. Bu sözləri Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov Türkiyədə baş tutan seçkiləri şərh edərkən bildirib. “Çünki Ərdoğanın vaxtında Türkiyə dəyişdi, bundan sonra daha da inkişaf edəcək. Ölkənin iqtisadi-siyasi gücü artdı. Bu gün Türkiyə beynəlxalq arenada söz sahibinə çevrilib. Bundan sonra da Türkiyə inkişaf edərək irəli doğru addımlayacaq. Xüsusilə, əvvəllər tez-tez eşitdiyimiz terror xəbərləri daha az eşidilir bu ağır probem də öz həllini tapmaq ərəfəsindədir. Demək olar ki, bütün terrorçuları yuvaları məhv edilib. Əsas təşkilatçılar ya həbs edilib, ya da öldürüblər. Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən böyük qüvvələrin də üzərinə gedir. Terrorun arxasında kimlərin durduğunu dünyaya elan edir. Ərdoğan açıq oynayan siyasətçidir, yəni hər şeyi xalq üçün aşkar edir, göstərir... Bunu xalq görür və ona görə öz liderini sevir”. A.Acalov Ərdoğanın hakimiyyəti dövründə iki qardaş ölkə arasında əlaqələrin inkişafına toxunub. “Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan və Türkiyə əlaqələrinin demək olar ki, bütün sahələri inkişaf etdi. İki qardaş ölkənin birgə əməkdaşlığı çərçivəsində regional layihələrə imza atıldı. BTQ dəmiryolu xəttinin, TAP-ın istifadəyə verilməsi buna misal ola bilər. Bu gün iki qardaş ölkə Avropanın enerji təhlükəsizliyində də böyük rol oynayırlar. Gələcəkdə də artım üzrə davam edəcək”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info