Heyəti məşqçi yox, Messi müəyyənləşdirəcək
Tarix: 25.06.2018 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Argentina millisinin DÇ-2018-in üçüncü turunda Nigeriya yığmasına qarşı heyətini baş məşqçi Xorxe Sampaolinin yox, oyunçuların müəyyənləşdirəcəyi iddia edilib. "Daily Mail"in yaydığı xəbərə görə, bu iddia altında Argentina yığması ilə DÇ-1986-nın qalibi olan Rikardo Custi çıxış edib. O, yığmanın meneceri Xorxe Burruqaço ilə görüşdən sonra bu barədə bildirib: "Oyunçular necə oynamaq istədiklərini özləri seçəcək. Xorxe Sampaoli ehtiyat oyunçular skamyasında oturmaq istəsə, bunu edə bilər. Əgər olmasa, o da problem olmayacaq". Heyəti komandanın liderləri Lionel Messi və Xavyer Maskeranonun müəyyənləşdirəcəyi gözlənilir. Qeyd edək ki, DÇ-2018-in ikinci turunda Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra millinin futbolçularının X.Sampaolini istefaya göndərilməsini istədiyi iddia olunurdu. Futbolçuların köməkçi məşqçilərdən birinin onu əvəzləməsini federasiyadan xahiş etdiyi bildirilirdi. Ancaq Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia baş məşqçi ilə yolları ayırmayacaqlarını açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Neftçi” Antalyada növbəti yoxlama oyununu keçirib
23.01.2019
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info