Azərbaycan müxalifəti indi də Türkiyədəki seçkilərə qara yaxır...
Tarix: 26.06.2018 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Türkiyənin müxalif lideri məğlubiyyətini etiraf edir, bizim müxalifət isə “başqa hava çalır”

Azərbaycanın müxalifət partiyaları, müxalif düşüncəli siyasətçiləri, xaricdə peyda olan yeni söyüşcül qrupların hamısını bir şey birləşdirir-radikal düşüncə və siyasi mədəniyyətin olmaması. Daim Azərbaycanın daxilində baş verən yaxşı-pis hər nə hadisə varsa, ona min cür don geyindirən bu insanlar, doğrudan da, son dövrlərdə heç bir sərhəd tanımayaraq, sağa-sola kimə gəldi ləkə yaxırlar. İş o yerə çatıb ki, hətta öz aralarında intriqalar aparan, yola getməyən müxalifət nümayəndələri indi də bizə yaxın olan qardaş Türkiyə siyasəti haqqında qara-qara düşünməyə, danışmağa başlayıblar. Təsəvvür edin ki, sosial şəbəkələrdə nəzarətlərində olan səhifələr vasitəsilə paylaşımlar edən AXCP gənclər komitəsi, xaricdə yaşayan bir qrup mühacir Türkiyədə keçirilən seçkilərdə qalib tərəfi nəinki tənqid, hətta təhqir də edir.
Əvvəla, onların davası demokratik seçkilər deyil, xaosa nail olmaqdır, hansı yolla olursa-olsun, Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsidir. Onların istəyi istənilən ölkədə baş tutursa, sözügedən qüvvələr bunu bayram edərək seçkinin, guya, şəffaf olduğunu elan edirlər. Yox, əgər istənilən ölkədə xalq öz seçimini doğru edib sabitliyə, inkişafa səs verirsə, bunlara əmr verən ağalarına yaxın qüvvələr hakimiyyətə gəlmirsə, seçkinin şəffaf olmadığını bəyan edirlər. Türkiyə, həqiqətən də, demokratik seçki ənənəsinə malik, siyasi mədəniyyətin yüksək səviyyədə olduğu bir ölkədir. Burada xalq kimi seçirsə, kimə güvənib səs verirsə, o da ölkəni idarə etməyə başlayır, əgər kiminsə fəaliyyətində ciddi nöqsanlar olursa, növbəti seçkilərdə xalq da ona güvənmir. İndiki halda isə faktiki olaraq Türkiyədə xalq AKP hökumətinə “davam” dedi. Belə olan halda, bəs bizim müxalif düşüncəli insanları nə narahat edir, axı? Təbii ki, onlara sərf etməyən siyasi proseslər, Qərbin dəstəklədiyi partiyaların yenə də hakimiyyətə gələ bilməməsi... Qısası, Türkiyədə müxalifətin qələbə qazanmamasının türklərdən daha çox, bizim müxalifətçilərə təsir etməsi çox qaranlıq məqamlardan xəbər verir.
Bu adamlar heç öz aralarında hələ də razılığa gələ bilmirlər, bir-biri ilə daim dava-qovğada olurlar. Amma başqa ölkələrə ağıl vermək, siyasi proseslərin düzgün istiqamətdə getmədiyini göstərməklə məşğuldurlar.
İndi isə, guya, Türkiyədə “müxalifətin qələbə qazanmasından” ağızdolusu danışırlar. Məsələnin ən gülməli tərəfi isə budur ki, hətta ana müxalifətin namizədi Məhərrəm İncə belə, Ərdoğanın seçkilərdə qələbə qazandığını etiraf etsə də, bizim müxalifət hələ də dediyini deyir... Xatırladaq ki, Türkiyədəki seçkilərdə prezidentliyə namizəd İncə FOX TV-yə yazdığı mesajda rəqibi T.Ərdoğanın seçkini qazandığını qəbul edib. FOX TV aparıcısı İsmail Küçükkayaya canlı yayımda mesaj yazan İncə ``Adam qazandı`` ifadəsi işlədib. Həm də qeyd edib ki, nəticələrə görə, Ərdoğan prezident seçilib. O, dünənki mətbuat konfransında da məğlubiyyətini etiraf etdi. Yəni İncə belə, seçkilərin nəticələrinin Ərdoğanın xeyrinə olduğunu dedi, amma bizim müxalifət, görünür, heç vaxt bunu etiraf etməyəcək...
Qeyd edək ki, Türkiyədə məlum hərbi çevrilişə cəhd zamanı da bizim müxalif siyasətçilər tez-tələsik fikir bildirərək, Türkiyədə yeni dönəmin başladığını, bu cür dəyişikliyin gözlənilən olduğunu, hərbi çevriliş baş tutacağı halda, Türkiyənin, guya, “gün görəcəyini” və s. kimi anormal şərhlər yazır, paylaşımlar edirdilər. Amma nəticə onu göstərdi ki, qardaş ölkə, əslində, böyük bir uçurumun yanından geri döndü... Ölkəni xarici qüvvələrin əli ilə qardaş qırğınına - sonu görünməyən uçuruma sürükləyirdilər. Müxalifət üçün isə belə radikal qərar-hərbi çevriliş, radikal düşüncə tərzi, təbii ki, adi, arzuolunan hal idi. Bir daha qeyd edirik ki, onların bir prinsipi var - təki hakimiyyət dəyişikliyi olsun, onun necə və hansı qanlar bahasına başa gəlməsi artıq onları maraqlandırmır.
Onu da xatırladaq ki, Ərdoğan seçki axşamı belə bir fikir işlətdi: “Bəzi xarici ölkələrdən gələn səsvermənin nəticələrinə görə, belə qənaət formalaşdı ki, bizim əleyhimizə olanlara göstəriş xaricdən gəldi”. Azərbaycan müxalifətinin də Ərdoğanın əleyhinə çıxışlar etməsi, sosial şəbəkələrdə onun əleyhinə yazılar yazması göstərdi ki, onlara da tapşırıq xaricdən gəldi. Yoxsa ilin-günün bu vaxtı müxalifətə nə düşmüşdü ki, oturub Türkiyənin dərdini çəksinlər.
Bütün bunlardan bir daha belə qənaətə gəlmək olar ki, doğrudan da, bizim müxalifətdə nə uzaqgörənlik var, nə də siyasi mədəniyyət. Hər halda, seçkidə uduzan adamın uduzmasını etiraf etməsinə rəğmən, bizim müxalifətçilərin hələ də bu məğlubiyyəti qəbul etməmələri bunu deməyə əsas verir. Bir məsələni də vurğulamaq yerinə düşər. Məhərrəm İncə dünənki mətbuat konfransında dedi ki, əgər seçkidə uduzmusansa, rəqibə çamur atmaq düzgün deyil. Bizim müxalifət, heç olmasa, qələbə çalmasını istədikləri adamın bu sözlərini qulaqlarında sırğa eləsinlər. Uduzanda, qarşı tərəfə böhtan atmasınlar. Məhərrəm İncə, heç olmasa, namizədliyini verdi, müəyyən səs topladı. Bizim müxalifət isə nə namizəd irəli sürdü, nə də səs topladı, amma böhtan atmaq, qara yaxmaq kampaniyasını hələ də davam etdirir. Çünki sifariş belə gəlib... Nə qədər ki onlar xarici qüvvələrlə əlbir olacaqlar, xalq nə Türkiyədə, nə də Azərbaycanda onları hakimiyyətə daşımayacaq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info