Sarkisyanın qardaşı və Qriqoryanın arvadı həbs olundu
Tarix: 26.06.2018 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Erməni hərbçiərin valideyinləri Manvel Qriqoryanı lənətləyirlər

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan polis tərəfindən saxlanılıb. “News.am” saytının xəbərinə görə, hadisə İrəvanın mərkəzində baş verib. A. Sarkisyan qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanılıb. Ermənistanda ordusundakı korrupsiya faktları ilə bağlı həbs olunan general Manvel Qriqoryanın arvadı Nazik Əmiryan da həbs olunub. Bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsi məlumat verib. İyunun 19-da hərbi ehtiyaclar üçün istehsal olunan konservlərin də olduğu yük maşınları ələ keçirilmişdi. Yük maşınlarının sürücüləri bu barədə göstərişi Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryandan aldıqlarını etiraf etmişdilər. Qeyd edək ki, Aprel müharibəsi dövründə Ermənistan ordusunun xaotik vəziyyətdə olması və əsgərlərin necə ağır şəraitdə hərbi xidmət aparmaları barədə faktlar üzə çıxmaqda davam edir. SİA xəbər verir ki, “Sputnik Armeniya” agentliyinin yazdığına görə, məhkəmə-tibbi ekspertizası serjant Robert Abramyanın ölümü barədə növbəti faktı ortaya çıxarıb. Belə ki, 2016-cı ilin aprelində baş vermiş hərbi əməliyyatlar zamanı erməni serjantı 3 gün idi ki, ac qalıb və qidalanmayıb. Bunu Robert Abramyanın atası Abram Abramyan da təsdiq edib. Onu da qeyd edək ki, artıq həbs olunmuş general Manvel Qriqoryanın şəhər ətrafındakı villasından çıxan əsgər qidaları ilə bağlı məlumatlardan da görünür ki, o, cəbhə xəttində xidmətdə olan hərbçilərin qidalarını saxladığı heyvanlara yem olaraq verib. A.Abramyan bu barədə “Azadlıq Radiosunun” erməni bürosuna danışıb: “O, bu qidalarla öz ayılarını yemləyib, bizim övladlarımız isə boş mədələri ilə ac qalıblar. Uşağımın 3 gün ac qalması mənə elə ağır gəlir ki...Mən bu faktı təsdiq edən bütün kağızları göstərə bilərəm. Heç olmasa ac qalmazdı və aclığa qarşı mübarzə aparardı, indi də yanımda olardı. İndi onun kimiləri yaşayır, övladlarımız isə yoxdurlar”. Abramyanın sözlərinə görə, ordudakı oğurluqlar, talanlar barədə hələ 2016-cı ilin aprelindən məlumatlıdırlar və əgər o, Ararat vilayətinin Taperakan kəndində yalaya-yaşaya bunu bilirdisə, demək ki, bu barədə yüksək vəzifəli məmurlar da xəbərdar olublar. “İnsanlar var idi ki, şəxsən mənə əsgərlərə yardım apardıqlarını deyirdilər, M.Qriqoryan isə həmin yardımları öz anbarına yığılmasını əmr edirdi. Aprel müharibəsi dövründə həlak olmuş kapitan Ovsep Kirokosyanln Eçmiədzinnin Apaqa kəndində yaşayan ailəsi isə bildirib ki, bir neçə km aralıda M.Qriqoryanın heyvanlarına onlardan daha çox diqqət göstərildiyini bildikdən sonra, bu olay həmin ailəyə çox pis təsir edib. Generalın evindən çıxmış “Əsgər payı” konservləri hüquq mühafizə orqanlarının da bəyan etdiyi kimi, hərbçilərə çatdırılmayıb. Bu da hərbçi anasına ağır təsir edib. “Əgər 3-cü sinif şagirdi məktub yazaraq, əsgərə müraciət edirsə, ordunu necə talan etmək olar? Bu uşaqlar nəyə görə öldülər?”-deyə sual olunur. Qeyd olunur ki, kapitanın dul arvadı Məryəm işləyir və onun yeganə məqsədi övladlarını mənzillə təmin etməkdir. Onun bir tələbi var: “O, “qəhrəman” adından məhrum olunmalıdır. “Onlar qəhrəman ola bilməzlər. Talançıdan qəhrəman çıxmaz”-deyə O.Kirokosyanın dul arvadı bildirib.
Eləcə də Ararat vilayətinin Vedi şəhərindən olan Andranik Zoqrabyan kapitan Armenak Urfanyanla bir yerdə Aprel müharibəsində öldürülüb. Andranikin atası Atom Zoqrabyanın sözlərinə görə, son hadisələrdən sonra bəlli olub ki, onların övladlarının yaşamaq mümkünlüyü üçün lazım olan hər şey oğurlanıb: “Baş verənlər həm nəmin üçün, həm də digərləri üçün bir gerçəkliyi ifadə edir, bu xəyanətdir”.

Anar





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info