Azərbaycan Ordusu 100: yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 26.06.2018 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mükafatlandırılması mərasimi keçirilib. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək Azərbaycan Ordusunun inkişafının təbliğində və dünyaya çatdırılmasında KİV nümayəndələrinin rolunu yüksək qiymətləndirərək deyib: “Bu bayram təkcə Orduda xidmət edənlərin deyil, bütün xalqımızın, millətimizin bayramıdır. Bugünkü tədbirimizin məqsədi Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar jurnalistlər arasında Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılmasıdır. Qaliblərin hər birini təbrik edirəm”. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Silahlı Qüvvələrin 100 illiyinin Azərbaycan xalqının bayramı olduğunu vurğulayaraq bildirib: “Biz Azərbaycan Ordusu ilə fəxr edirik. Azərbaycan əsgəri qəhrəmandır, döyüş bizim alnımıza yazılıb. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti bu dövrün altı ayını müharibə şəraitində keçirib və bu müddətdə böyük işlərə, hərbi uğurlara imza atıb. Qısa dövrdə müasir ordu formalaşdırılıb”. Bu yaxınlarda Milli Məclisdə Silahlı Qüvvələrlə bağlı qanunvericiliyə dəyişiklik edildiyini deyən Ə.Amaşov bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə ən güclü ordudur: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa, əminik ki, müzəffər Ordumuz Azərbaycan torpaqlarını tezliklə işğaldan azad edəcək. Ordu ilə xalq arasında əlaqələrin möhkəmlənməsində medianın böyük rolu var. Silahlı Qüvvələrimizlə bağlı bütün məsələlərdə Azərbaycan mətbuatı yalnız dövlətçilik mövqeyindən çıxış edib”. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı müsabiqə ilə bağlı nazir, general-polkovnik Zakir Həsənovun əmrini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Müsabiqə haqqında məlumat verən xidmət rəisi bildirib ki, “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə 70-ə yaxın məqalə təqdim olunub. Müsabiqəyə martın 30-dan iyunun 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılıb. Qeyd edilib ki, müsabiqəyə təqdim olunan yazılar diqqətlə yoxlanıldıqdan sonra qalib müəyyənləşdirilib. Müsabiqədə bir qalib, iki nəfər ikinci, üç nəfər üçüncü yerə, beş nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb. Bundan başqa, müsabiqə iştirakçılarının bir qrupuna qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info