Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyinə silsilə tədbirlər həsr edib
Tarix: 26.06.2018 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyi münasibətilə müxtəlif məzmunlu maarifləndirici tədbirlər təşkil edir. Bilik Fondundan bildirilib ki, “Ordum varsa, yurdum var” şüarı ilə hazırlanan tədbirlərdə Qarabağ müharibəsinə həsr olunan filmlər göstərilir, kitabların təqdimatları təşkil olunur. Bilik Fondu müxtəlif təyinatlı hərbi hissələrdə əsgər və zabitləri dəfələrlə ziyarət edib. Bu günə qədər hərbi hissələrin kitabxanalarına mindən çox kitab hədiyyə olunub. “Əsgərə məktub” və “Əsgərdən məktub” layihələri çərçivəsində yazılan məktublar ordu-xalq birliyinə xidmət edib. Görüşlərdə alimlərlə yanaşı, əsgər və zabitlər də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildiriblər. Bilik Fondu işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə də səfərlər təşkil edib. Məktəblilər, kənd sakinləri ilə sıx təmaslar qurulub, həm məktəbə, həm də kənd məscidinə 1000 nüsxədən çox kitab hədiyyə olunub. Fond Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyalar da təşkil edib. Gənclər muzeyin hərb tariximizin ayrı-ayrı dövrlərini özündə ehtiva edən geniş zallarında Səfəvi dövlətindən tutmuş bu günə qədər olan hərb tariximiz barədə əyani vasitələrlə tanış olurlar. Fondun “Tariximizi öyrənək və öyrədək”, “Gənc jurnalistlər” klublarının üzvləri də ordu tarixinin daha yaxından öyrənilməsi məqsədilə mütəmadi tədbirlərə cəlb olunurlar. Bilik Fondunun dəstəyi ilə Beyləqan rayonu ərazisində yerləşən hərbi hissədə əsgər və zabitlər üçün “Bilik otağı” yaradılıb, Tərtər şəhərində Qarabağ regional Bilik Evi fəaliyyətə başlayıb. Bilik Fondunun təşkilatçılığı və Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyətinin iştirakı ilə Binəqədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan – yurdum mənim” mövzusunda ədəbi-musiqili kompozisiya, Pirəküşkül qəsəbəsində yerləşən digər hərbi hissədə “Əsgər papağı” tamaşası nümayiş etdirilib. Fondun hərbi vətənpərvərliyin təbliği istiqamətində layihələri davam edir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info