Məhtimqulunun poeziyası türkmən xalqının şanlı tarixinin epopeyasıdır
Tarix: 26.06.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan “Məhtimqulu – insan qəlbinin mənəvi təbibi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən təşkil edilən konfransda M.Fəraqi yaradıcılığına və Türkmənistana dair kitablar nümayiş olunub. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin müasir inkişafının yüksək səviyyədə olduğunu deyib. Bildirilib ki, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik Azərbaycan və türkmən xalqlarını eyni dil və din birləşdirir. Böyük mütəfəkkirin zəngin bədii irsindən, onun türkmən yazılı ədəbiyyatındakı xidmətlərindən danışan akademik M.Fəraqini Türkmənistanda milli istiqlal ədəbiyyatının banisi kimi xarakterizə edib. M.Fəraqinin yaradıcılığında vətənpərvərlik, türkmən qəbilələrini birliyə çağırış motivlərinin daha güclü olduğu, böyük mütəfəkkir şairin poeziyasında realizmin əsas yer tutduğu, onun dünyada xalqların mənəvi-siyasi birliyinin böyük müdafiəçisi və carçısı kimi qəbul olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Məhtimqulunun poeziyası türkmən xalqının şanlı tarixinin epopeyasıdır. İ.Həbibbəyli böyük mütəfəkkirin qiymətli irsinin öyrənilməsinin, tədqiqi və nəşrinin ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında böyük əhəmiyyət daşıdığını vurğulayıb. Ədəbiyyat İnstitutu tərəfindən türkmən şairinin seçilmiş əsərlərindən ibarət “Divan”ının ilk dəfə doğma dilimizdə çap olunduğunu diqqətə çatdıran AMEA-nın vitse-prezidenti bu nəşrin yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə yeni töhfə olduğunu qeyd edib. Vurğulanıb ki, görkəmli türkmən şairi M.Fəraqinin xatirəsi ölkəmizdə əziz tutulur və onunla bağlı silsilə tədbirlər keçirilir. İ.Həbibbəyli yaxın günlərdə Bakıda türkdilli ölkələrin elmlər akademiyalarının nümayəndələrinin iştirakı ilə beynəlxalq forumun keçiriləcəyini də diqqətə çatdırıb. Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşankuliyev isə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, tədbirin iki ölkə arasındakı ədəbi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Səfir Azərbaycanda M.Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Böyük türkmən şairi M.Fəraqiyə həsr olunan beynəlxalq konfransın əhəmiyyətinə toxunan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva onun zəngin irsinin türkmən ictimai fikrinə və milli şüuruna yeni üfüqlər açdığını qeyd edib. Daha sonra çıxış edən Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salaxov, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Türkmənistan Elmlər Akademiyası (TEA) Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri namizədi Davut Orazsəhedov, TEA-nın M.Fəraqi adına Dil və Ədəbiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini Həzrətqulu Durdiyev ortaq köklərə və zəngin ənənələrə malik olan qardaş türkmən xalqının qüdrətli şairi M.Fəraqini türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndiriblər. Konfrans çərçivəsində, həmçinin "Anaya səcdə - müqəddəslər qarşısında baş əyməkdir”, “Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında”, “Böyük türkmən şairi M.Fəraqi ədəbi irsinin Azərbaycanda nəşri və tədqiqi” kitablarının təqdimatı olub.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info