“Niderland Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır”
Tarix: 13.06.2013 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Azərbaycan-Belçika-Niderland biznes-forumu keçirilib

Belçikanın Lommel və Niderlandın Bergeijk şəhərlərindən biznes nümayəndə heyətlərinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Belçika-Niderland biznes-forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş tədbirdə sənaye, mühəndislik, külək, biokütlə və bioqazdan enerji istehsalı, günəş panelləri üçün şüşə, suyun təmizlənməsi, quşçuluq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə Avropanın qabaqcıl ölkələri arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu baxımdan Belçika və Niderland krallıqları ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb. Nazir müavini hər iki ölkə ilə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bu münasibətlərin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. N.Səfərov biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib, Belçika və Niderland iş adamlarının Azərbaycana səfəri çərçivəsində keçirilən üçtərəfli biznes forumun ölkələr arasında iqtisadi əlaqələrin inkişafına töhfəsini verəcəyini bildirib.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən N.Səfərov ölkənin siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu xüsusi vurğulayıb.
Belçikanın Lommel şəhərinin meri Peter Vanvelthoven Lommel şəhərində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib.
Niderlandın Bergeijk şəhərinin meri Driek Van de Vondervort rəhbərlik etdiyi şəhərin əsas iqtisadi sahələri barədə məlumat verib, azərbaycanlı sahibkarları Bergeijkin iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.
Belçikanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms Azərbaycan ilə Belçika arasında əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri barədə danışıb.
Niderlandın Azərbaycandakı səfirinin müavini xanım Özlem Canel təmsil etdiyi dövlətin ölkəmizlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulamış, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info