Mobil danışıq tarifləri azaldılacaq
Tarix: 13.06.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


«Mən azərbaycanlıyam» online bilik yarışmasının ilk qalibləri mükafatlandırılıb

«Mən azərbaycanlıyam» online bilik yarışmasının ilk qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə bildirilib ki, Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən internet məkanda keçirilən bu yarışmanın məqsədi milli-mədəni irsin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir.


Yarışma oyunun rəsmi saytı “www.azerbaycanliyam.az”, «Facebook» sosial şəbəkəsində isə https://apps.facebook.com/azerbaycanliyam/?fb_source =search&ref=ts&fref=ts ünvanına daxil olmaqla qoşulmaq mümkündür. Müsabiqəyə iyun ayının ilk 10 günlüyündə 5000-dək iştirakçı qoşulub. Yarışın şərtlərinə uyğun olaraq müsbət nəticələr göstərmiş ilk 10 nəfər ongünlüyün qalibi olub və netbuk tipli kompüterlər qazanıb. İlk yüzlüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara - 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar. Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qalibləri təbrik edib, bu yarışmanın gənclər arasında, eləcə də cəmiyyətdə maraqla qarşılandığını söyləyib: “Ümid edirəm ki, gündən-günə bu yarışmaya daha çox iştirakçılar qatılacaq və hər bir iştirakçı bu yarışmada yeni biliklər əldə edə biləcəklər. Qalib olanlar isə onların daha da inkişaf etmələrinə yardımçı ola biləcək kompyuter avadanlıqları, mobil telefonlar, hətta pul mükafatları əldə edirlər. Super finalın qalibi İKT ixtisası üzrə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə RİTN-də yaradılmış “İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu” tərəfindən təhsil haqqının ödənilmə şansına malikdir”. Tədbirin sonunda ilk ongünlüyün qaliblərinə hədiyyələr təqdim edilib və onlarla yarışmanın superfinalında uğurlu iştirak arzulanıb. Mərasimdə qeyd olunub ki, yarışmanın 12 iyun tarixinə olan statistikası göstərir ki, ümumilikdə 5068 nəfər qeydiyyatdan keçib. Onlardan 4388 nəfər sayt, 680 nəfər isə “facebook” səhifəsindən oyuna qusulublar. Bunlardan 3431 nəfəri kişi (yarışma iştirakçılarının 68%), 1637 nəfəri isə qadınlardır (yarışma iştirakçılarının 32%). Yarışma dekabr 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək.

Fond yaxın vaxtlarda layihələrin qəbuluna başlayacaq

Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Fondu yaxın vaxtlarda layihələrin qəbuluna başlayacaq. Nazir müavini qeyd edib ki, fond yaxın vaxtlarda fəaliyyətə başlayacaq: «Artıq fondun strukturu formalaşır. Yaxın zamanlarda tam olaraq fəaliyyətə başlayacaq və layihələrin qəbuluna start veriləcək». E.Vəlizadə bildirib ki, layihələr üçün ayrılan vəsaitin həcmi də yaxın vaxtlarda bəlli olacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda mobil danışıq tariflərinin aşağı salınmasına da çalışır. E.Vəlizadə bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həm rouminq, həm də ümumilikdə, mobil danışıq qiymətlərinin aşağı salınması istiqamətində fəaliyyətini davam etdirir: «Bu, nazirliyin ümumi siyasətidir. Mobil rabitə operatorları isə müxtəlif tarif paketləri təqdim etməklə bunu təmin etməyə çalışır». E.Vəlizadə qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən bu proses ardıcıl olaraq davam etdirilir. Nazir müavini saxta mobil telefonların dövriyyədən çıxarılması prosesinə start verildiyini də bildirib: «IMEI kodların qeydiyyatı sistemi işə düşüb. Bu proses ancaq saxta və başqa qanunsuz yolla əldə edilən mobil telefonların istifadəsinə məhdudiyyət qoyacaq. Lakin yenə də hər kəs fərdi istifadəsi üçün mobil qurğu alıb gətirərsə, sadə şəkildə bu telefonun qeydiyyatını keçirməklə işlədə bilər. Azərbaycana səfər edən qonaqlar isə özləri ilə gətirdikləri mobil telefonlarından məhdudiyyətsiz istifadə edə bilərlər. Tətbiq edilən bu sistem onlara şamil edilmir».

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info