Azərbaycan və Belarus şirkətləri Moskvada metro inşa edəcək
Tarix: 13.06.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Moskva hökuməti Azərbaycan və Belarus şirkətləri ilə paytaxt metronun tikintisi üçün birgə müəssisələr yaradıb. “Lenta.ru”nun xəbərinə görə, Moskva hökumətinə məxsus “Mosinjproekt” şirkəti “Minskmetrostroy” MMC və “Evrasstroy” MMC adlı birgə müəssisələr yaradıb.
Birinci müəssisənin səhmlərinin 49%-i Belarusun “Minskmetrostroy” şirkətinə, ikinci müəssisənin səhmlərinin 49%-i isə Azərbaycanda qeydiyyata alınmış “Evrascon” şirkətinə məxsusdur.
Moskva merinin müavini səlahiyyətlərini icra edən Marat Xusnullin bildirib ki, Moskva paytaxtının hökuməti faktiki olaraq MDB məkanının metro inşaatçılarını bir yerə toplayıb.
Qeyd edək ki, 2015-ci ilədək Moskvada 33 yeni metro stansiyasının tikintisi və 60 km tunel çəkilməsi planlaşdırılır. 2020-ci ilədək isə bu göstəricilər müvafiq olaraq 67 stansiya 145,5 km tunel olacaq. Nəticədə Moskva metrosunun stansiyalarının sayı 249-a, xətlərin uzunluğu isə 450 km-ə çatacaq.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info