NDU-da məzun günü
Tarix: 13.06.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində məzun günü keçirildi. Əvvəlcə məzunların bu ali təhsil ocağı ilə bağlı xatirələrini əks etdirən "Universitet dünyası" adlı slayd nümayiş olundu. NDU-nun rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov çıxış edərək tələbələrə şərəfli tələbə adını daim uca tutmağı arzuladı, məzunlarla bağlı ürək sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Rektor, məzunlara bu bilik xəzinəsində yiyələndikləri sərvəti daim qoruyub saxlamağı və gələcəkdə milli elmin, təhsilin, dövlətçilik və azərbaycançılıq ideyalarının inkişafına layiqli töhfələr verməyi dilədi. Magistr pilləsinin məzunu, universitetin gənclər təşkilatının sədri Arzu Abdullayev çıxış edərək sevincini paylaşdı, təhsil müddətində qazandığı biliklərdən, əldə etdiyi nailiyyətlərdən söz açdı. Üçüncü dəfədir ki, məzun həyəcanını yaşadığını qeyd etdi: “Çox sevinirəm ki, ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin və bu gün o siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin daim diqqət və nəzərdə saxladığı, yüksək fikirlər söylədiyi Naxçıvan Dövlət Universitetinin məzunuyam. Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısına bu universitetdə oxuduğum illərdə şahid olmuşam”. Arzu Abdullayev məzunları bundan sonra da çalışacaqları sahədə ölkəmizin adını uca tutmağa və dövlətimizin, xalqımızın, millətimizin inkişafı, yüksəlişi yolunda irəli getməyə çağırdı. Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli çıxış edərək məzunlara uğurlar arzuladı. Xarici tələbələrin də məzun olduqları tədbirdə universitetin istedadlı tələbələrinin və Tələbə Teatr Studiyasının rəqs qrupunun ifalarında musiqi və rəqs nömrələri təqdim olundu "Karvan" şən və hazırcavablar klubunun zarafatları isə iştirakçılarda xoş əhvali-ruhiyyə yaratdı.
Mina Qasımova




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
16.08.2019
900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
16.08.2019
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info