Torpaqların icarəsindən büdcə daxilolmaları 151,6 faiz yerinə yetirilib
Tarix: 27.06.2018 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz dövlət əmlakının, o cümlədən torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə daxilolmaların təmin edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

2018-ci ilin yanvar-may ayları ərzində dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 3,76 milyon manat vəsait ödənilmişdir ki, bununla Proqnoz Tapşırıq 151,6% yerinə yetirilmişdir. Eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilmişdir (Proqnoz Tapşırıq 114%). Beləliklə, cari ilin 5 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsaitin köçürülmüşdür.
Qeyd edilməlidir ki, 2018-ci il üçün daxilolmalar üzrə müəyyən edilmiş Proqnoz tapşırığa əsasən dövlət əmlakının icarəyə verilməsindən il ərzində dövlət büdcəsinə 8 milyon (6,2 milyon manat torpaq sahələri üzrə və 1,8 milyon manat qeyri-yaşayış sahələri üzrə) manat vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. Cari ilin ilk 5 ayının faktiki göstəriciləri illik proqnoz tapşırıqlarına tam əməl ediləciyinə şübhə yeri qoymur.
ƏMDK tərəfindən 2017-ci il ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 8,7 milyon manat vəsaitin köçürülməsi təmin edilmişdir. Bundan 6,8 milyon manatı (Proqnoz Tapşırığa nisbətdə 110,0%) dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən, 1,9 milyon manatı (Proqnoz Tapşırığın 105%) isə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən daxil olmuşdur ki, bu da ötən ilin proqnoz göstəricisinin artıqlaması ilə icra olunması deməkdir.
Komitə tərəfindən dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi ilə bağlı da elektron xidmət vətəndaşların istifadəsinə verilib. Bu xidmətdən istifadə etməklə onlayn rejimdə icarə haqqı borcunu öyrənmək mümkündür. Xidmətdən istifadə üçün e-emdk.gov.az portalına daxil olmaqla 37-ci bölməyə keçid etmək kifayətdir. Həmin bölmədə “İcarəçinin kodu” xanasına müvafiq kodu daxil etməklə icarə borcu haqqında məlumat əldə edilir. Eyni zamanda vətəndaşların rahatlığı nəzərə alınaraq icarə haqqı borclarının mobil telefon vasitəsi ilə də öyrənilməsi imkanları reallaşdırılıb. Bu məqsədlə, 9193 nömrəsinə icarə haqqı kodu göndərilməklə dərhal icarə borcunu öyrənmək mümkündür.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info