Torpağı şəhid, anası şəhid, özü şəhid...
Tarix: 27.06.2018 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Bu gün aprel şəhidi polkovnik-leynenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən olan bu film Mətbuat Şurası və "Veysəloğlu" şirkətlər qrupunun birgə layihəsi nəticəsində ərsəyə gəlib.
Ə.Amaşov qeyd etdi ki, indiyə qədər bu silsilədən Vətən uğrunda canlarını şəhid etmiş qəhrəmanlarımız haqqında 10-a yaxın film çəkilərək nümayiş etdirilib və bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək.
Bundan əvvəl aprel şəhidləri olan pilotlara həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatının keçirildiyini xatırladan MŞ sədri Əflatun Amaşov qeyd etdi ki, "Ruhun həsrəti" filminin çəkilişləri Bakıda və Ağdamda aparılıb.
Şura sədri vurğuladı ki, Mətbuat Şurası qəhrəman oğullarımızın təbliği istiqamətində fəaliyyətə üstünlük verir. O, şəhidlərimizin qanının yerdə qalmayacağını qeyd etdi.
Ə.Amaşov bildirdi ki, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda nümayiş etdirilən müasir silah və hərbi texnikalar, dövlət başçısının çıxışı xalqı bir daha əmin etdi ki, sülh yolu ilə olmasa, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək.
Daha sonra film nümayiş etdirildi.
Tədbirdə çıxış edəm millət vəkili Gövhər Baxşəliyeva dedi ki, R. Orucov Murovdağda kəşfiyyat bölüyünün komandiri kimi dşmənlə üz-üzə ağır hərbçi həyatı yaşayıb. Gövhər Baxşəliyeva bildirdi ki, hər bir qəhrəmanımız haqqında bu cür filmlər çəkilməli, onların xatirəsi əbədiləşdirilməlidir: “Raquf Orucovun sağlığında onun qəhrəmanlıqları haqqında çox eşitmişik. Bu film onun qəhrəmanlıqlarını tam əks etdirir. Raqub Orucovun itkisi ağırdır. Raquf tək bir ailədən deyil, bütün Azərbaycandan getdi, lakin öz qəhrəmanlıqları ilə daim xalqımızın qəlbində yaşayacaq. Raquf Orucovun ailəsi daim başını uca tutmalıdır. İnanıram ki, Raqub Orucov kimi qəhrəman oğullarımızın sayəsində torpaqlarımız işğaldan azad ediləcək. Hər birimiz şəhid ailələrinə diqqət və qayğı göstərməliyik, biganə qalmamalıyıq. Biz hamımız Ali Baş Komandan ətrafında sıx birləşməliyik”.
Tədbirdə çıxış edən "Kaspi" qəzetinin baş redaktoru Sona Vəliyeva filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
S.Vəliyeva dedi ki, qəhrəmanlarımız haqqında bu cür filimlərin çəkilməsi tədqirəlayiq haldır: "Filmdə Raquf Orucovun qəhrəmanlıqları geniş şəkildə əks olunub. Raquf Orucov daim xalqımızın qəlbində yaşayacaq. Biz öz qəhrəmanlarımız barədə geniş təbliğat aparmalıyıq”.
Sona Vəliyeva qeyd etdi ki, gənc nəsil vətən uğrunda canlarından keçən qəhrəmanları, o cümlədən R. Orucovu yaxından tanımalıdır. 
 
Cahangir Məmmədli sənədli filmin telekanallarda nümayişinin zəruriliyini vurğuladı.
Milli Məclisin üzvü Aqil Abbas aprel döyüşlərində hərbiçilərin qəhrəmanlıq göstərdiyini vurğuladı. O, telekanalları bu məsələlərə diqqət göstərmədiyinə görə qınadı: "Müğənnilərə ayırdığınız zamandan hərbi-vətənpərvərlik mövzularına da ayırın, filmlər çəkin. Kitablar yazılır, onu çox adam oxumur, amma filmlərin auditoriyası daha genişdir".

Digər çıxışçılar da bu cür filmlərin əhəmiyyətindən danışdı, şəhidlərimizin təbliği istiqamətində işlərin aparılmasının vacibliyini qeyd etdilər. Bildirildi ki, Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
Xatırladaq ki, Raquf Orucov 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub. Cinli kəndi düşmən əlinə keçən zaman anası şəhid olub. Raquf o vaxtdan anasının qisasını almaq üçün çalışıb. 2016-cı ilə qədər qəhrəmanlıqla döyüşən Raquf 2016-cı ilin aprel döyüşlərində də öz şücaətini əsirgəməyib. Bu onun qatıldığı son döyüş olub. Raquf Orucov 2016-cı ildə şəhid olub. 
 Qeyd edək ki, filmin ssenarisi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıl, layihənin rəhbərləri Ə. Amaşov və Bəxtiyar Qaracadır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info