“Ötən il Azərbaycanla ticarət dövriyyəsi rekord həddə çatıb”
Tarix: 13.06.2013 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsuyin ilə görüş keçirilib.
Tədbirdə əvvəlcə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Azərbaycan-Çin əlaqələri hərtərəfli inkişaf edir. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu əlaqələrə böyük önəm verir.
Çinin Azərbaycandakı səfiri Xun Tsuyin Çində son illər baş verən dəyişikliklərdən, ölkəsinin xarici siyasətindən danışıb. Azərbaycanla Çin arasındakı əlaqələrə toxunan səfir xatırladıb ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub: “Keçən il biz bu əlaqələrin 20 illiyini qeyd etmişik. İki ölkənin liderləri sayəsində bu əlaqələr qarşılıqlı şəkildə uğurla inkişaf edib və stabil nəticələr əldə edilib. Çin-Azərbaycan əlaqələri heç zaman olmayan səviyyəyə çatıb. Qarşılıqlı siyasi inam və hörmət inkişaf edir. Hazırda iki ölkə arasında həll edilməmiş məsələ yoxdur. Hər iki ölkə suverenlik və ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir”.
Səfirin sözlərinə görə, bu əlaqələrin hüquqi bazası gücləndirilir. Bu məqsədlə iki ölkənin hökumətləri arasında 12 saziş imzalanıb. Xun Tsuyin qeyd edib ki, əlaqələrin 21 ili ərzində ticarət dövriyyəsi 600 dəfə artıb: “Əgər 1992-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,5 milyon dollar idisə, 2011-ci ildə 1,086 milyard dollar olub. Bu, 2009-cu ildəkindən 16,5 faiz, 1992-ci ildəkindən isə 600 dəfə çox olub. Ötən il isə bu göstərici rekord həddə - 1 milyard 200 milyon dollara çatıb”.
O bildirib ki, Azərbaycanla Çin arasında dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin inkişafı böyük potensiala malikdir. Çin bu münasibətlərin inkişafına böyük önəm verir:
“Azərbaycanla Çin arasında ticari-iqtisadi əlaqələrin səviyyəsi qaneedici deyil. Bu əlaqələr əsasən alış-verişə əsaslanır. İki ölkə arasında investisiya qoyuluşları lazımdır. Artıq Çində Azərbaycana böyük investisiyalar qoymaq istəyən şirkətlər var. Çin tərəfindən 700 milyon dollar investisiya qoyuluşuna başlanılıb. Çində isə 15 Azərbaycan şirkəti fəaliyyət göstərir. Gələcəkdə əlaqələrin inkişafı üçün qarşılıqlı investisiyaların həcmi artırılmalıdır. Biz bu istiqamətdə işləyirik”.
Humanitar sahədəki münasibətlər barədə danışan səfir X.Tsuyin bildirib ki, bu sahədə də böyük işlər görülür, hər iki ölkədə müxtəlif mədəni tədbirlər təşkil olunur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info