“Hərbi parad Ermənistan rəhbərliyində ciddi təlaş yaradıb“
Tarix: 27.06.2018 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


“Göründüyü kimi, Azərbaycanda keçirilmiş hərbi parad Ermənistan rəhbərliyində, xüsusilə Ermənistan XİN və Müdafiə Nazirliyində ciddi təlaş yaradıb. Ermənistan xarici işlər nazirinin və indiyə qədər hər hansı məzmunlu bəyanatını eşitmədiyimiz Ermənistanın XİN-nin sözçüsünün "Twitter" və ya klaviatura fəaliyyəti bunun daha bir göstəricisidir”.
 
Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın sözlərinə cavab olaraq deyib.
 
H. Hacıyev qeyd edib ki, Sarkisyan rejiminin tör-töküntüsü olan Ermənistan XİN-nin mətbuat katibinin canfəşanlığının səbəbi ola bilər ki, öz vəzifəsini itirməkdən qorxmasıdır: “Bilavasitə Ermənistan xalqının düşməni olan Sarkisyanın hərbi xunta rejiminə xidmət edən və vaxtilə Sarkisyanı klaviatura diplomatiyası vasitəsilə vəsf edən bir mətbuat katibindən başqa bir şey gözləməyə dəyməz. Ona görə də erməni həmkarımın Kiplinqin "Mauqli" əsərində Şirxanın dostu olan personaja tez-tez müraciət etməsini başa düşmək elə də çətin deyil. Hər bir Azərbaycan vətəndaşı 26 iyun tarixində ölkəmizdə keçirilən hərbi parad, Ali Baş Komandanın orada çıxışı ilə qürur duydu. Ermənistan Azərbaycan ordusunun qüdrəti və əməliyyat imkanlarının günbəgün artmasından narahat olmaq istəmirsə, BMTTəhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarsın və işğala son qoysun”.
 
H. Hacıyev fürsətdən istifadə edərək Ermənistan XİN-də olan həmkarlarına, xüsusilə mətbuat katibinə tövsiyəsini də çatdırıb: “Tövsiyə edərdim ki, digər ölkələrdən nümunə götürərək peşəkarlığınız üzərində çalışın və özünüzü gülünc vəziyyətə qoymaqda davam etməyin. Sərsəm və məntiqsiz açıqlamaları şərh etmək bizim üçün də çətin olur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info