5 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
Tarix: 27.06.2018 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 75 km uzunluğunda avtomobil yollarının yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir.
 
Agentlikdən verilən məlumata görə, Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
 
Tikinti layihəsinə uyğun olaraq hazırda yolun 19,7 km-lik hissəsində qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi  işləri aparılır. Bu işlərin həcmi 90 min kubmetrə yaxındır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülür.
 
Torpaq yatağının tikintisi bitən ərazilərdə 200 min kvadratmetr sahəni əhatə edəcək 20 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 sm qalınlıqda qum-çınqıl qarışığından isə əsasın üst layı tikilir.
 
Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun 6,3 km-lik hissəsində isə mövcud asfalt-beton örtüyün frezlənərək profilə salınması, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması və yararlı qruntla yenidən doldurularaq kipləşdirilməsi işləri aparılacaq. Qazılaraq doldurulmuş hissələrdə yol əsasının alt və üst layının nəzərdə tutulmuş qarışıqlardan istifadə edilməklə tikintisi aparılacaq.
 
Marşrut boyu 6 ədəd yararsız hala düşmüş müxtəlif diametrli suötürücü boruların yeniləri ilə əvəz edilməsi və zəruri olan yerlərdə yenilərinin tikintisi aparılır. Bu məqsədlə yol boyu müxtəlif diametrli uzunluğu 239 paqon-metr olan 30 ədəd dəmir-beton boru quraşdırılır, boru başlıqları dəmir-betonla tikilir və borular izloyasiya olunur.
 
Daha sonra yolun 5.8-ci km-də Dəvəçi çayı üzərində uzunluğu 21 m, eni isə 8 m olan 1 aşırımlı körpünün, 680 m uzunluğunda dəmir-beton istinad divarlarının, relyefdən asılı olaraq bir-neçə yerdə 3 min paqon-metr uzunluğunda beton küvetlərin tikintisi də layihədə yerinə yetirilməsi vacib olan işlərdəndir.
 
Tikinti norma və standartlarına uyğun olaraq, tikinti işlərinin sonuncu mərhələsində yol boyu iri (7sm) və xırda (5sm) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılacaq, 12 yerdə avtobus dayanacaqları, həmçinin hərəkətin normal təşkili üçün 85 ədəd yol nişanı, 26 ədəd km göstərici və 1016 ədəd siqnal dirəyi quraşdırılacaq, 77.9 km uzunluğunda xətlənmə işləri aparılacaq.
 
Qeyd edək ki, 29 km uzunluğunda olan yolun 19.7 km-lik hissəsi çınqıl örtüklü idi. Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Yolun qalan 6.3 km-lik hissəsi asfalt-beton örtüklü olmasına baxmayaraq bu hissənin də əsaslı şəkildə təmirinə ehtiyac var idi.
 
Bu səbəbdən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişi təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info