“Armenianreport.com”: “İspaniyada 150-dən artıq erməni həbs edilib”
Tarix: 27.06.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Onlar narkotika və silah alveri, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham olunurlar

“Ermənilərin cəlb olunduğu cinayətkar dəstə bütün Avropada ən iri qruplaşmadır. Bu cinayətkarların ABŞ və Avropanın digər ölkələri ilə əlaqələri var”. Bu barədə “armenianreport.com” saytı yazıb. Saytın yazdığına görə, bir neçə gündür ki, İspaniyanın iri şəhərlərində-Barselona, Madrid, Valensiya, Alikanta və digər şəhərlərdə ermənilərin ev və ofislərində axtarışlar aparılıb. Nəticədə 150-dən artıq erməni həbs edilib. Madrid erməniləri bildirirlər ki, bəzən polis bütöv bir ailəni birlikdə həbs edir. Qeyd edək ki, ispan polisi bu addımı “erməni mafiyası” ilə mübarizə kimi xarakterizə edir. Onlar narkotika və silah alveri, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham olunurlar.

Maliyyə naziri:
"Fəlakət zonasında ev problemi artıq 30 ildir həllini tapmayıb"
Yuxarıda yazılanlar xaricdə yaşayan ermənilərin durumunu əks etdirir. Ermənistanda qalanların vəziyyəti daha acınacaqlıdır. «Qanunsuz olaraq legitimlik qurmaq mümkün deyil. Bu yol doğru və bizi harasa aparan bir yol deyil. Budur, artıq 30 ildən artıqdır ki, Gümrüdə ev probleminin tezliklə həlli barədə xalqa yalan vədlər verilir. Lakin ötən illər ərzində bu problem hələ də həll olunmamış qalır». Bu barədə Ermənistanın maliyyə naziri Atom Ceynjuzyan mətbuat konfransı zamanı «Azadlıq» radiostansiyasına verdiyi açıqlamada bildirib. «Oliqarxlardan "götürülmüş" məbləğlər hesabına ölkədə pensiyaların artırılması ilə yanaşı, fəlakət zonasında miskin gündə yaşayan evsizlərin ev problemin həll etmək olarmı?» sualına nazirin cavabı da maraqlıdır. «Götürmək» sözünün mənasını anlamadığını bildirən (?) Ceynjuzyan hər şeyin qanun çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, belə bir addım atılmasının heç bir perspektivi yoxdur: «Təəssüflər ki, 30 ildən artıq bir müddət ərzində fəlakət zonasındakı evsizlərin ev problemi müzakirə olunsa da, hələ də öz həllini tapmayıb». Nazirin sözlərinə görə, burada hər şey çox qarışıqdır və demək olar ki, nəyin obyektiv, nəyinsə qeyri-obyektiv olmasını müəyyənləşdirmək çox çətindir.
«Ermənistanda zəlzələ qurbanlarının mənzil probleminin həlli çox yaxındadır». Bunu isə Ermənisatının sabiq baş naziri olmuş Karen Karapetyan Gümrüyə səfər edərkən yerli əhali qarşısında çıxışı zamanı bildirmişdi. Lakin sabiq nazirin Gümrü səfərindən sonra burada daş-daş üstünə qoyulmayıb. Erməni cinayətkar oligarxiyasının ən fəal nümayəndəsi kimi təqdim edilən Karen Karapetyan isə artıq xalqın arzusunu gözündə qoyaraq, Ermənistandan qaçıb.

Ermənistanın 4 əsas problemi

Maraqlıdır ki, Ermənistanda yaşanan hadisələr çox vaxt hər cəhətdən şərh edilıə də, yalnız siyasi və ya geosiyasi kontekstdən nəzərdən keçirilir. Lakin unutmaq lazım deyil ki, Ermənistandakı iqtisadi böhran yaşantıları bu ölkənin regiondakı qonşuları ilə bağlı siyasəti ilə birbaşa bağlıdır. Təəssüf ki, Ermənistandakı yeni hakimiyyət də İrəvanın bu yanlış siyasətində heç bir dəyişikliyk olmayacağını ortaya qoydu. Məsələ bundadır ki, İrəvanın üzləşdiyi dörd əsas problem - yoxsulluq, miqrasiya, monopoliya və korrupsiya bu gün də Ermənistanda hakim mövqedədir. Doğrudur, Paşinyanın onlara qarşı apardığı «mübarizənin» hansı effekt verəcəyi də sual altındadır. Lakin bütün bunlara baxmayaraq, Ermənistandakı miqrasiya gözləmə mövqeyində dayanan insanlar arasında yenə də müşahidə edilməkdədir. Buna sübut kimi, Ermənistan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Arman Tatoyannın son açıqlamasını da göstərmək olar. Bir müddət əvvəl " Penitensiar sistemində peşəkar kadrların kəskin çatışmazlığı var"-deyən Tatoyan ötən gün bu çatışmazlığın artıq başqa sahələrə də sirayət etdiyini bildirib. Bu barədə xəbəri «News.am» saytı yayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info