90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq
Tarix: 27.06.2018 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin də pensiyaları artırılır

Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanı ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsində növbəti addımın atılmasına imkan verib.
Bu Qayda 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının və sair (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin) qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanması qaydasını müəyyən edir.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanuna 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən biri kimi, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş həmin şəxslərin əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavələrin hesablanmasında staj tələbi və əlavəni almağa hüququn yaranması ilə bağlı yeni qayda tətbiq edilməyə başlanıb.
1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş həmin şəxslərin pensiyalarına qulluq stajına görə əlavələrin hesablanmasının yeni mexanizmə uyğunlaşdırılması və əmək haqqında, təminat xərcliyində və dövlət məvacibində artımlar olduqda onların da pensiyalarını bu artımlara müvafiq artırılması təmin edilir.
Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında müvafiq kateqoriyalardan olan ümumilikdə 90 min nəfərə yaxın əmək pensiyaçısının əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılacaq.
Edilmiş artımlar qeyd olunan şəxslərə növbəti ayın, yəni iyul ayının pensiyaları ilə birgə toplam halda ödəniləcəkdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info