Ermənistan nokauta düşüb
Tarix: 28.06.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər



“TRT World” kanalı Naxçıvanın erməni işğalından azad edilmiş ərazilərindən geniş reportaj hazırlayır



“Avropa Şurası, AŞPA rəhbərləri Ermənistanın yeni rəhbərliyindən bu ölkənin işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmasını tələb etməlidir”
“Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı Ermənistanı həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatı”nı növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir.” Bunu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun uğurlu əməliyyat keçirərək 11 min hektar ərazini düşməndən təmizləməsindən sonra Ermənistan media nümayəndələrinin bir qrupunun, guya, heç bir şey olmamış kimi, cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatla əlaqədar sorğuya cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirliyin açıqlamasında qeyd olunub: “Azərbaycan əsgərinin vurduğu tərs şillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi videofoto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”. Bunu təsdiq edən faktlardan biri də Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World”ün Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj hazırlayır. Bununla əlaqədar “TRT World” kanalının jurnalistləri həmin ərazilərdə çəkilişlər aparırlar. Jurnalistlərə 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin 26 ildən sonra ordumuz tərəfindən azad edilməsi barədə məlumat verilib. Bildirilib ki, 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma torpaqlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində, ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Qeyd edilib ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb. Onu da qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster aparacaqlar.
“Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitliyin və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları geri qaytarmasından keçir”
Yeri gəlmişkən vurğulayaq ki, erməni işğalı faktı növbəti dəfə AŞPA tribunasında səsləndirilib. Qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın yay sessiyasında sərbəst müzakirələr zamanı söyləyib ki, Avropa Şurası, AŞPA rəhbərləri Ermənistanın yeni rəhbərliyindən bu ölkənin işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmasını tələb etməlidir. Milli Məclisin deputatı deyib: “Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə qədər Avropanın enerji təhlükəsizliyi üçün də önəmli olan TANAP layihəsinin açılışı oldu. Azərbaycanın və Türkiyənin liderliyi ilə bu önəmli layihənin reallaşması yaxın gələcəkdə Azərbaycan qazının Avropaya nəqli üçün mühüm bir addımdır. Enerji təhlükəsizliyi hər bir ölkəni, Avropa ölkələrini də ciddi maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycan avropalı tərəfdaşları ilə birlikdə, sadəcə, özünün deyil, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verən layihələr həyata keçirir. Bundan bir müddət əvvəl isə Azərbaycanın liderliyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat layihəsi istifadəyə verildi. Amma çox təəssüf ki, bu böyük layihələri reallaşdıran Azərbaycanın torpaqlarının hələ də 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın 25 ildən artıqdır ki, işğalı davam etdirməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi çox həssas bölgədə gərginliyi daha da artırır. Ermənistanın əvvəlki rəhbərliyi, cinayətkar Sarkisyan rejiminin BMT Təhlükəsizlik Şurası, AŞPA qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi torpaqları azad etməkdən imtina etməsi Cənubi Qafqaz kimi Avropa üçün də önəmli bir bölgədə gərginliyi daha da artırıb. Biz assambleyamızı, Avropa Şurası və Parlament Assambleyasının rəhbərliyini çağırırıq ki, Ermənistanın yeni rəhbərliyi ilə görüşlərdə, müzakirələrdə bu məsələni xüsusi diqqətdə saxlasınlar və Ermənistanın yeni rəhbərliyindən Sarkisyan rejiminin cinayətlərini davam etdirməməsini və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini tələb etsinlər. Biz assambleyamızı, təşkilatın rəhbərliyini AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnaməni, Sərsəng su anbarı ilə bağlı qətnaməni, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmələri üçün Ermənistanın yeni rəhbərliyinə çağırış etməyə çağırırıq. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməyə çağırmalıdır və bunu tələb etməlidir. Ermənistanın işğalçı və cinayətkar rejimi – Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara məhəl qoymayaraq qanunsuz yolla girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyib. Assambleyamız Ermənistanın yeni rəhbərliyindən bu qanunsuz əməlləri davam etdirməməyi və azərbaycanlı girovları azad etməyi tələb etməlidir. Eyni zamanda, AŞPA Ermənistanın yeni rəhbərliyini ermənilərin Suriyadan Ermənistana deyil, işğal edilmiş Azərbaycan torpaqlarına köçürülməsi kimi qeyri-qanuni, gərginliyi daha da artıran əməlləri davam etdirməməyə çağırmalıdır. AŞPA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və assambleyanın qəbul etdiyi qərarları yerinə yetirməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitliyin və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları geri qaytarmasından keçir. Biz assambleyamızı qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa və onların həyata keçməsi üçün ciddi addımlar atmağa çağırırıq. Ermənistan təmsilçilərinin fikirlərinə gəlincə, işğalçı bir ölkənin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını pozaraq onların öz evlərinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçilərinin burada bizə insan haqlarından danışması absurddur. Onlara söyləmək istəyirəm ki, sizin bu mövzularda burada danışmaq üçün haqqınız yoxdur”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info