Torpağı şəhid, anası şəhid, özü şəhid...
Tarix: 28.06.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Dünən aprel şəhidi, polkovnik-leynenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən olan bu film Mətbuat Şurası və "Veysəloğlu" şirkətlər qrupunun birgə layihəsi nəticəsində ərsəyə gəlib.
Ə.Amaşov qeyd etdi ki, indiyə qədər bu silsilədən Vətən uğrunda şəhid olan qəhrəmanlarımız haqqında 10-a yaxın film çəkilərək nümayiş etdirilib və bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək.
Bundan əvvəl aprel şəhidləri olan pilotlara həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatının keçirildiyini xatırladan MŞ sədri Əflatun Amaşov qeyd etdi ki, "Ruhun həsrəti" filminin çəkilişləri Bakıda və Ağdamda aparılıb.
Şura sədri vurğuladı ki, Mətbuat Şurası qəhrəman oğullarımızın təbliği istiqamətində fəaliyyətə üstünlük verir. O, şəhidlərimizin qanının yerdə qalmayacağını qeyd etdi.
Ə.Amaşov bildirdi ki, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda nümayiş etdirilən müasir silah və hərbi texnikalar, dövlət başçısının çıxışı xalqı bir daha əmin etdi ki, sülh yolu ilə olmasa, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək.
Daha sonra film nümayiş etdirildi.
Tədbirdə çıxış edəm millət vəkili Gövhər Baxşəliyeva dedi ki, R. Orucov Murovdağda kəşfiyyat bölüyünün komandiri kimi düşmənlə üz-üzə ağır hərbçi həyatı yaşayıb. Gövhər Baxşəliyeva bildirdi ki, hər bir qəhrəmanımız haqqında bu cür filmlər çəkilməli, onların xatirəsi əbədiləşdirilməlidir: “Raquf Orucovun sağlığında onun qəhrəmanlıqları haqqında çox eşitmişik. Bu film onun qəhrəmanlıqlarını tam əks etdirir. Raquf Orucovun itkisi ağırdır. Raquf tək bir ailədən deyil, bütün Azərbaycandan getdi, lakin öz qəhrəmanlıqları ilə daim xalqımızın qəlbində yaşayacaq. Raquf Orucovun ailəsi daim başını uca tutmalıdır. İnanıram ki, Raqub Orucov kimi qəhrəman oğullarımızın sayəsində torpaqlarımız işğaldan azad ediləcək. Hər birimiz şəhid ailələrinə diqqət və qayğı göstərməliyik, biganə qalmamalıyıq. Biz hamımız Ali Baş Komandan ətrafında sıx birləşməliyik”.
Tədbirdə çıxış edən "Kaspi" qəzetinin baş redaktoru Sona Vəliyeva filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
S.Vəliyeva dedi ki, qəhrəmanlarımız haqqında bu cür filmlərin çəkilməsi təqdirəlayiq haldır: "Filmdə Raquf Orucovun qəhrəmanlıqları geniş şəkildə əks olunub. Raquf Orucov daim xalqımızın qəlbində yaşayacaq. Biz öz qəhrəmanlarımız barədə geniş təbliğat aparmalıyıq”.
Sona Vəliyeva qeyd etdi ki, gənc nəsil vətən uğrunda canlarından keçən qəhrəmanları, o cümlədən R. Orucovu yaxından tanımalıdır.
Cahangir Məmmədli sənədli filmin telekanallarda nümayişinin zəruriliyini vurğuladı.
Millət vəkili Aqil Abbas aprel döyüşlərində hərbçilərin qəhrəmanlıq göstərdiyini vurğuladı. O, telekanalları bu məsələlərə diqqət göstərmədiyinə görə qınadı: "Müğənnilərə ayırdığınız zamandan hərbi-vətənpərvərlik mövzularına da ayırın, filmlər çəkin. Kitablar yazılır, onu çox adam oxumur, amma filmlərin auditoriyası daha genişdir".
Digər çıxışçılar da bu cür filmlərin əhəmiyyətindən danışdı, şəhidlərimizin təbliği istiqamətində işlərin aparılmasının vacibliyini qeyd etdilər. Bildirildi ki, Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
Xatırladaq ki, Raquf Orucov 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub. Cinli kəndi düşmən əlinə keçən zaman anası şəhid olub. Raquf o vaxtdan anasının qisasını almaq üçün çalışıb. 2016-cı ilə qədər qəhrəmanlıqla döyüşən Raquf 2016-cı ilin aprel döyüşlərində də öz şücaətini əsirgəməyib. Bu onun qatıldığı son döyüş olub. Raquf Orucov 2016-cı ildə şəhid olub.
Qeyd edək ki, filmin ssenarisi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıl, layihənin rəhbərləri Ə. Amaşov və Bəxtiyar Qaracadır.

“Qarabağ Azərbaycan xalqının yaralı yeridir”
Yeri gəlmişkən, ötən gün Beynəlxalq Mətbuat Mərkəzində "Qarabağ işğalına son!” mövzusunda Beynəlxalq Forum keçirildi. Tədbirdə DAK həmsədri Sabir Rüstəmxanlı, Milli Məclisin deputatları, siyasətçilər, ictimai-siyasi xadimlər və mətbuat nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan DAK həmsədri Sabir Rüstəmxanlı bildirdi ki, Qarabağ təkcə iqtidar və yaxud da müxalifətin deyil, ümumilikdə, Azərbaycan xalqının yaralı yeridir.
Tədbirdə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının himni səsləndirildi. Forumda Milli Məclisin deputatı Tahir Kərimli dedi ki, bizim Dağlıq Qarabağda antiterror əməliyyatları da keçirmək haqqımız var: “Gənclərimizin də orduya inamı, vətənpərvərlik hissi də artıb. Bunu müşahidə edirik. Çünki bizim bu millətin fitrətində var"
T.Kərimli bildirdi ki, Afrinə gedib döyüşmək istəyi camaatın onu təhqir etməsi ilə nəticələnib: "Bu yaxınlarda mən Afrində gedib döyüşməyimi demişdim. Amma bir professor dedi ki, Afrində deyil, get Qarabağda döyüş. Bundan sonra söyüşə və təhqirə əl atdılar. Onlar bilmirlər ki, biz Qarabağ uğrunda nələr etmişik".

“Qarabağ məsələsində Paşinyanın Sarkisyanla heç bir fərqi yoxdur”

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Dağlıq Qarabağın 5 rayonunun Azərbaycana qaytarılması məsələsi var idi: “Amma sonradan siyasi proseslər bu məsələnin də gündəmdən düşməsinə səbəb olub. Ermənistan, həqiqətən də, 5 rayonu qaytarmaq istəyirdi. Amma Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi bu qaytarışın qarşısını aldı. Qarabağ məsələsində Paşinyanın Sarkisyanla heç bir fərqi yoxdur. Hərbi təyyarə ilə Qarabağ ərazisində foto çəkdirərək paylaşması da o demək idi ki, yaxın vaxtda Ermənistan bu təyyarələrlə təchiz olunacaq".
Almaniyada yaşayan yazıçı Orxan Araz isə dedi ki, Qarabağ türk millətinin namus məsələsidir: “Bu problem başqa xalqların problemi deyil. Türk xalqının problemidir”.
Ermənistan, təbii ki, Azərbaycanın bir dövlət kimi olmasını istəmir. Eyni zamanda Ermənistanın Türkiyənin də torpaqlarında gözü var".
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”
13.09.2018
“Washington Times“: “Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info