Lənkəran şəhər İH: “Həqiqəti görməmək nadanlıqdır”
Tarix: 13.06.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“Son günlər bəzi internet səhifələrində Lənkəran şəhəri barədə tamamilə yalan və iftiradan ibarət sicilləmə yazı verilib. Yazı müəllifləri huşsuz adamlar kimi beyinlərindəki sayıqlamaları internet səhifəsinə çıxararaq özlərini gülünc vəziyyətdə qoyublar”. “Azadinform” xəbər verir ki, bu barədə açıqlama ilə Lənkəran Şəhər İcra Hakimiyyəti çıxış edib.
Məlumatda bildirilir ki, Lənkəran bazarı keçən əsrin 90-cı illərində özəlləşdirilərək Səhmdar Cəmiyyətə çevrilib: “Bu illər ərzində bazarda və bazarın ərazisində aparılan hər hansı tikinti və ya yenidənqurma işi yalnız “Lənkəran bazar” ASC tərəfindən həyata keçirilir. Hazırda da “Lənkəran bazar” ASC tərəfindən lənkəranlıların “yaşıl bazar” adlandırdıqları antisanitariyalı, üstüaçıq, primitiv, eybəcər formalı pələmələrdən ibarət ticarət cərgələrinin yerində müasir dizaynlı, yaraşıqlı görünüşə malik, işıqlı, geniş ticarət mərkəzi tikilir. Ticarət mərkəzi Lənkəran bazar ASC-nin əmlakıdır, heç kimə satılmır və yalnız istifadəyə veriləndən sonra icarəyə veriləcək. Göründüyü kimi bu məsələnin Şəhər İcra hakimiyyətinə heç bir aidiyyəti yoxdur və ola da bilməz. Çünki İcra başçısı Taleh Qaraşov fəaliyyətində həmişə şəffaf quruculuq işləri ilə məşğul olub, özündən sonra abadlıq, səliqə-sahman, yerli əhali yanında hörmət və ehtiram saxlayıb. Bu gün də Lənkəran rayonunun əhalisi, şəhər sakinləri Taleh Qaraşovun quruculuq işlərini ürəkdən bəyənirlər. Son vaxtlarda Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində şəhərin siması tamamilə dəyişib, küçələr, səkilər abadlaşıb, yaşıllıqlar artıb, park və bağlar səliqəli şəklə düşüb. Hazırda şəhərdə və rayon ərazisində kütləvi qazlaşma və yeni su-kanalizasiya sisteminin qurulması işləri aparılır. Yeni su-kanalizasiya sistemi qurulandan sonra Lənkəran şəhərinin bütün küçələri, o cümlədən şəhər Bələdiyyəsinin yerləşdiyi binanın qarşısı əsaslı şəkildə təmir olunub asfaltlanacaq. Hər gün Lənkərana yüzlərlə xarici qonaq, turist və iş adamı gəlir. Onların çoxu yerli istehsalla tanış olmaq üçün bazarda olmaq istəyir. Görəsən, haqqında danışdığınız üfunətli “yaşıl bazar” həmin xarici qonaqlarda hansı təəssüratı oyadacaqdı? Oradakı palçıq və çirkabı görəndə onlar bizim haqqımızda nə düşünəcəkdilər? Bəlkə də bunlar sizi heç maraqlandırmır. Çünki təkcə son 1 il ərzində Lənkəranda görülən bu qədər gözəl işlər barədə bir kəlmə də olsun belə yazmamağınız, yalnız ağa qara deməyiniz, böhtan, şər söyləməyiniz sübut edir ki, siz bəd niyyətli, qara fikirli bədbəxt insanlarsınız. Sizin üçün Vətən təəssübkeşliyi, xalqa xidmət meyarı yoxdur. Bütün bunlar sübut edir ki, siz Həsən bəy Zərdabi ənənələrinə sadiq qalan jurnalistlər deyil, bəzi qara qüvvələrin diqtəsi ilə vəzifə borcunu vicdanla yerinə yetirən, xalqa xidmət etməyi özünə şərəf hesab edən ləyaqətli insanlara böhtan atmağı özünüzə peşə seçmiş nadan və cahillərsiniz”.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info