Xaricdəki müxalifət ianə toplayır
Tarix: 28.06.2018 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Görünür, ağaları onların “payını” azaldıb

Xaricdə yaşayan bir qrup siyasi mühacir özlərinin Azərbaycan əleyhinə - dövlətçilik, ümumilikdə xalqımızın əleyhinə apardıqları kampaniyalar, tədbirlər, sosial layihələrini həyata keçirmək üçün ianələr toplamağa başlayıblar. Maraqlıdır ki, xaricdə yaşayıb öz ölkələrində baş verən yaxşı-pis hər nə varsa, ona qarşı fəaliyyət göstərən belə şəxslər ayrı-ayrı antiazərbaycan dairələr üçün asan yem olur, onlara ayrılan yardımlar kəsilmir. İndiki halda bu adamların sadə adamlara ağız açaraq onların ianələri hesabına fəaliyyət göstərməyə başlaması ondan xəbər verir ki, deyəsən, artıq öz “sahibləri” də bunlardan üz döndərib.
Buna misal olaraq “Meydan”TV-nin rəhbəri kimi tanınan Emin Millini göstərmək olar. Belə ki, Emin Milli bu günlərdə “Facebook”da status yazaraq deyib ki, “Meydan” TV-yə aylıq ianə göndərən hər kəsə təşəkkür edirəm. Məqsəd 5 ilə 10 min nəfərin bizə aylıq ən azı 10 dollar göndərməsidir. Bizim əlavə illik 1,2 milyon dollarlıq büdcəmiz olsa, daha çox işlər görə bilərik. İanələri sayta daxil olaraq bizim hesabımıza köçürə bilərsiniz”.
Təsəvvür edin ki, bu adam əlavə olaraq milyon yarıma yaxın büdcə formalaşdırmaq istəyir... Özü də bu pulu sadə azərbaycanlıların hesabına qazanmaq və ya əldə etmək istəyir. Ümumiyyətlə, bu bir reallıqdır ki, belə layihələr - “Meydan”, “Şeytan” TV-lər ərsəyə gələndə mütləq şəkildə ona xaricdəki bəzi xüsusi xidmət orqanları, siyasi mərkəzlər, bir sözlə, Azərbaycanın əleyhinə olan güclər dəstək göstərirlər, hətta verdikləri sifarişlərinin həyata keçirilməsinə nəzarət də edirlər. Hətta bu güclər belə “siyasətçilər”, layihələrdən xaos, inqilablar üçün də yararlanırlar. Elə Emin Milli və ona qoşulan digər bir neçə söyüşcül gənclər xaricdə oturub Azərbaycanda çevriliş edəcəklərini, guya, xalqı daha xoşbəxt gələcəyə aparacaqlarını deyirlər. Əvvəla, xalq sabitliyin dəyərini bilir, indiki hakimiyyətin yürütdüyü daxili və xarici siyasəti də dəstəkləyir. Belə olmasaydı, ardıcıl olaraq bir neçə seçkidə öz seçimini fərqli edərdi. İkincisi isə, axı sizin fəaliyyətinizdə şəffaflıq yoxdur. Hansı pullar, maliyyə yardımları hesabına belə bir layihələri həyata keçirib xalqa işıqlı gələcək, filan vəd edirsiniz, axı? Yoxsa düşünürsünüz ki, xalq avamdır, insanlar anlamırlar ki, ictimai fikrə təsir etməyə hesablanmış belə sosial layihələrin arxasında böyük maraqlar durur? Əlbəttə ki, illərlə “Meydan”TV-yə də, küçələrdə söyüşlərlə mitinqlər təşkil edənlərə də pul ayıranlar bunun məntiqi nəticəsini tələb edəcəklər. Nəticə olmayanda isə, təbii ki, alternativ variantlara əl atacaqlar. Alternativ variantlar isə yavaş-yavaş meydana çıxır, seçkidən əvvəl və sonra isə xeyli sayda “oyan”, “qalx”, “uzan” və s. adlarda hərəkatlar yaradıb özünü gözə soxanlar az olmadı.
Qısası, deyəsən, artıq daxildə müxalifəti monopoliyaya alan Əli Kərimli olduğu kimi, xaricdəki müxalifləri də ətrafına toplamağa çalışan Emin Milli maliyyə çətinlikləri yaşamağa başlayıb və üzünü sadə, avam azərbaycanlılara tutaraq onları aldatmağa cəhd edir.
Təbii ki, ianələr şəffaf şəkildə xərclənməz. İkinci bir tərəfdən də axı kimdir sizə inanıb pul yardımı edən? Əlbəttə, beş-on nəfər olacaq. Amma yüzlərlə, minlərlə adamın sizə ianə edəcəyi absurddur. Xatirimdədir ki, illər öncə radikal müxalifət partiya rəhbərlərindən birinə sual edəndə ki, əvvəllər partiya üzvlərindən toplanan vəsait hesabına fəaliyyət göstərdiyinizi deyirdiniz, indi müxalifətin sıraları xeyli azalıb. Bəs indi hansı vəsait hesabına fəaliyyət göstərirsiniz? Cavab belə olmuşdu ki, guya, bəzi biznesmenlər gizli şəkildə onlara yardım edirlər, üstəgəl ianələr də olur. İndi də Emin Millinin bu əl açıb pul istəməsinin digər səbəbi o ola bilər ki, sabah əlində bəhanələr olsun ki, mən SOROS və s. kimi qaranlıq mərkəzlərdən maliyyələşdirilmirəm, baxın, insanların ianələri hesabına büdcə qurmuşuq. İstənilən halda insanları aldadıb “pul göndərin” deməklə öz fəaliyyətini qurmaq və bu fəaliyyətdə şəffaflığı təmin etməmək heç bir siyasət adamına, jurnalistə, mühacirə yaraşmaz. Hətta deyərdim ki, bunun adı fırıldaqçılıqdır... İanə fırıldaqçılığı.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətini Lavrov açıqladı
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info