“Rusiya 2018“: Braziliya və İsveçrə səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb
Tarix: 28.06.2018 | Saat: 06:44:00 | E-mail | Çapa göndər



İyunun 27-də Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının on dördüncü günündə “E” qrupunda mübarizəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, on dördüncü günün sonuncu oyununa meydana “E” qrupunda yer alan Serbiya və Braziliya komandaları çıxıblar. Görüşdə baraziliyalılar 2:0 hesabı ilə qalib gəlib. Oyunda Braziliya yığmasında 36-ci dəqiqədə Filip Koutinyo, 68-ci dəqiqəsində isə Tiaqo Silva fərqlənib.
Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirən Kosta-Rika və İsveçrə komandaları arasında keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, İsveçrə millisi qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin 12 iştirakçısı müəyyənləşib. Bu mərhələdə Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya, Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya milliləri qarşılaşacaqlar.
Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info