AVRONEST Parlament Assambleyasının sessiyasıda “ASAN xidmət” modeli təqdim olunub
Tarix: 28.06.2018 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


İyun ayının 24-dən 28-dək AVRONEST Parlament Assambleyasının 7-ci sessiyası keçirilib.
Plenar sessiyada Azərbaycandan deputatlardan ibarət nümayəndə heyəti, digər üzv dövlətlərin nümayəndələri, Aİ-nın bir sıra qurumları, beynəlxalq və yerli QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.
Brüsseldə keçirilən sessiya çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik çağırışları, insan hüquqları və demokratiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, bu ölkələrə xarici investisiyaların qoyulması, qeyri-rəsmi əmək məsələlərinin həlli və işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.
Sessiya iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” modeli və “ASAN xidmət” çərçivəsində reallaşdırılmış layihələrlə bağlı məlumat verilib.
Bildirilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.
Daha sonra sessiyada müzakirə olunan mövzulara toxunularaq bildirilib ki, müzakirə mövzusu olan məsələlərlə bağlı daimi olaraq Azərbaycanda müsbət yöndə islahatlar aparılır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi sessiyada müzakirə olunan qeyri-rəsmi əmək məsələlərinin həlli və işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yaradılıb. Mərkəz əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə edir, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata keçirir.
Sonda Dövlət Agentliyi tərəfindən vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatlar çərçivəsində həyata keçirilən “ASAN Viza” , “ASAN kommunal”, “ASAN ödəniş” “ASAN Radio”, “ABAD” və s. layihələr haqqında geniş məlumat verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə“ mövzusunda beynəlxalq konfrans
19.06.2019
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
19.06.2019
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19.06.2019
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19.06.2019
Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info