“ABŞ-ın interneti izləməsi insanların şəxsi həyatına müdaxilədir”
Tarix: 13.06.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Rusiyalı deputat İlya Kostunov: “Xarici sosial şəbəkələrdən istifadə dövlətə xəyanət sayılmalıdır”

ABŞ dövlətinin gizli olaraq yaratdığı «Prism» proqramı vasitəsilə internet məkanını nəzarətdə saxlaması ilə bağlı faktın üzə çıxması dünya mediasında geniş müzakirə mövzusudur. ABŞ kəşfiyyatında çalışmış Edvard Soundersin yaydığı məlumatdan sonra bütün dünya öyrəndi ki, internet məkanında nə azadlıq var, nə də təhlükəsizlik.
Belə ki, Birləşmiş Ştatların kəşfiyyat orqanları demək olar ki, dünyanın ən əsas internet saytlarını gündəlik olaraq nəzarətdə saxlayır. Hansı ki, dünya üzrə internet istifadəçilərinin böyük əksəriyyəti həmin şəbəkələrdə cəmləşiblər. Bu azmış kimi, istifadəçilərin internetdə heç bir özəli yoxdur. Hətta iki nəfər arasında gedən yazışma, video-əlaqə, şəxs haqqında gizli informasiyalar belə, «Prism» sayəsində ABŞ kəşfiyyatı üçün «gizli» qrifini çoxdan itiribmiş. Bu məsələni ilk dəfə dünyaya yayan iki nəşrdən biri olan "The Guardian"da Ay Veyvey adlı ekspertin məqaləsi dərc edilib. Ekspert ABŞ xüsusi xidmət orqanlarının internetdə insanları izləməsindən şoka düşdüyünü qeyd edib: «Fikrimcə, burada qorxulu olan məqam odur ki, dövlət hakimiyyətindən sui-istifadə edilərək insanların şəxsi həyatına müdaxilə olunur. Bu, dünya ictimaiyyəti üçün çox həssas məqamdır və şəxsiyyətin qorunması uğrunda mübarizə aparmaq lazımdır». 12 il ABŞ-da yaşadığını yazan Veyvey qeyd edir ki, baş verənlər onun sivilizasiyalı cəmiyyət haqqında təsəvvürlərini alt-üt edir: «Mən ona görə şoka düşürəm ki, ABŞ vətəndaşları bütun bunların baş verməsinə icazə verirlər. Məsələ ondadır ki, ABŞ-da şəxsi həyatın toxunulmazlığı ilə bağlı böyük ənənə var, bu ölkə uzun illərdir ki, azad fikrin, yaradıcılığın mərkəzi sayılır». Ekspert yazır ki, «Prism» proqramı fərdin hüquqlarına qanunsuz müdaxilədir: «Bununla insanları təhqir edir, tamamilə müdafiəsiz buraxırlar. Özəl həyatın toxunulmazlığı insanın əsas hüquqlarından, insan dəyərlərindən biridir. Bu proqramdan yanlış məqsədlər üçün istifadə edilməyəcəyinə dair heç bir təminat yoxdur. ABŞ kimi texniki planda inkişaf etmiş dövlət imkanlarından vətəndaşların ziyanına, hakimiyyətin xeyrinə istifadə etməməlidir. Amma açıqlanan faktlar göstərir ki, ABŞ digər dövlətlərə axmaq nümunə göstərir. Müasir texniki imkan dövlətlərə istənilən bank hesabını gizlətmək, danışıqları dinləmək, sosial şəbəkələrdəki yazışmalara nəzarət etmək imkanı verir. İnternet və sosial şəbəkələr yeni imkanlar yaradıb. İnternetin izlənməsi isə vətəndaşları müdafiəsiz vəziyyətə buraxıb. Bunun vasitəsilə bizi idarə edirlər. Bizə belə deyə bilərlər: biz dəqiq bilirik ki, sən nə fikirləşirsən, nə edirsən. Belə vəziyyət insanı dəli edə bilər. İnsan biləndə ki, internet vasitəsilə hakimiyyətə onun haqqında hər şey məlumdur, bəzi şeyləri gizlətməyə başlayır ki, bu da insanın inkişafının qarşısını alan amildir». «The Atlantic» nəşrinin şərhçisi Leo Mirani isə hesab edir ki, dövlətlər «xarici düşmən» obrazından istifadə edirlər. Rusiyalı deputat İlya Kostunov «Prism» proqramı ilə bağlı məsələnin üstü açıldıqdan sonra ölkəsindəki məmurlara müraciət edərək xidməti məqsədlər üçün Amerika sosial şəbəkələri və elektron poçt xidmətindən istifadə etməməyə çağırıb. Leo Mirani Kostunovun bu müraciətinin doğru olduğunu yazır. Amma Kostunovun bir qədər irəl getdiyini də qeyd edir. Belə ki, «İzvestiya» qəzetinə müsahibəsində o, xarici sosial şəbəkələrdən istifadənin dövlətə xəyanət sayılmalı olduğunu qeyd edib. Mirani hesab edir ki, Kostunovun bu mövqeyi Rusiya siyasi elitasının mövqeyi ilə üst-üstə düşür. Ekspert vurğulayıb ki, istənilən dövlət internetdəki ekstremizmdən ehtiyatlanır. Amma Rusiyanın narahatlığı inandırıcı görünmür. Mirani bu mövqeyini Rusiyanın onlayn-forumlarda etdiyi hücumlarla əlaqələndirir. Kostunov «xarici agent»lə bağlı qanunun KİV-ə də şamil olunmasına çağırış edib. Bu ilin fevral ayında Rusiya dövlət başçısı Vladimir Putin xüsusi xidmət orqanlarını internet, sosial şəbəkələr üzərində monitorinqi gücləndirməyə çağırıb. Mirani yazır: «Rusiya bu mövqeyini esktremizm, qanunsuz miqrasiya, kriminal fəallıqla əlaqələndirir. Amerika kəşfiyyatının insanları internetdə izləməsi ilə bağlı faktın üzə çıxması Rusiyanın mövqeyini möhkəmləndirmək üçün ideal şansdır».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info