UTECA-da“Açıqqapı”günü keçirilib
Tarix: 28.06.2018 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Texnologiya Universitetində (UTECA) növbəti “Açıq qapı” günü təşkil olunub. İmtahanların gedişatını UTECA tələbələrinin valideynləri ilə yanaşı abituriyentlər, orta məktəblərin yuxarı sinif şagirdləri və onların valideynləri, QHT-lərin nümayəndələri də izləyiblər. Qonaqlar həmçinin universitetdəki əlverişli təhsil mühiti ilə də tanış olublar. Qonaqlar əvvəlcə universitetdəki Logistika Təlim–Tədris Mərkəzi ilə tanış olublar. UTECA-nın rektoru, professor Akif Süleymanov universitetin yarım əsrə yaxın tarixi və bu elm ocağında son dövrdə görülən işlər barədə məlumat verib. Rektor qeyd edib ki, bu il Azərbaycan Texnologiya Universitetinə 23 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək. Bu ixtisaslardan 7-nə qəbul zamanı müsabiqə balı 150-yə endirilib ki, bu da abituriyentlərin tələbə adını qazanmaq şanısını daha da artırır. Qəbul zamanı və semestr imtahanlarında yüksək balla fərqlənən tələbələrə 50-200 manat həcmində rektor təqaüdü verilir. Rektor universitetdəki günün ən vacib ixtisasları barədə məlumat verərək bildirib ki, burada ölkə iqtisadiyyatının hazırkı kadr siyasətinə uyğun mütəxəssislər yetişdirilir. Artan yeni istehsalat müəssisələri üçün 5 əsas sahə – yüngül sənaye, qida, metallurgiya, logistika və İKT sənayesi üçün müasir standartlara uyğun kadrlar, mühəndislər və menecerlər hazırlanır. UTECA ölkənin istehsal müəssiələrini də bu işə cəlb edib. Tələbələr zavod və fabriklərə təlimlərə, istehsalat təcrübələrinə göndərilir. Nəticədə tələbələr məzun olan zaman müəyyən iş təcrübəsinə malik olurlar ki, bu da onların tezliklə işlə təmin olunmalarına şərait yaradır. Kadr hazırlığını daha da təkmilləşdirmək üçün universitetdə sənaye müəssisələrinin dəstəyi ilə laboratoriyalar, təlim-tədris mərkəzləri də yaradılıb. Bütün bunlar isə öz növbəsində UTECA məzunlarının həmin müəssisələrdə iş tapmasına, uğurlu karyera qurmasına zəmin yaradır. Rektor qeyd edib ki, yay imtahan sessiyasının təşkili mövcud qaydalar daxilində aparılır. İyulun 5-dək davam edəcək sessiyada əyani və qiyabi bölmə üzrə ümumilikdə 2500-dək tələbənin biliyi qiymətləndiriləcək. Həm kompyuterdə test üsulu ilə, həm də yazılı formada aparılan imtahanların tam qanunauyğun formada təşkili, obyektivliyin maksimum təmin olunması üçün bütün zəruri hazırlıq tədbirləri görülüb, imtahan qərargahı, apellyasiya komissiyası və qaynar xətt yaradılıb. Görüşdə iştirak edən abituriyentlər, valideynlər və QHT nümayəndələri universitetlə tanışlıqdan məmnun qaldıqlarını, alınan məlumatları ixtisas seçimi baxımından faydalı hesab etdiklərini,UTECA-nın son illərdə sürətli inkişafı haqda eşitdiklərinin əyani şahidi olduqlarını bildiriblər. Tələbələr və onların valideynləri isə imtahanların tam şəffaf və qanunauyğun keçirildiyini, heç bir neqativ halla üzləşmədiklərini qeyd ediblər. “Açıq qapı” günündə həmçinin qeyd olunub ki, son 3 ildə aparılan islahatlar - UTECA-nınrofessor-müəllim heyətinin tərkibini gəncləşdirmək, müasir təlim və tədris metodikalarından istifadə bacarıqlarına malik kadrları işə cəlb etmək, beynəlxalq əlaqələri genişləndirərək tələbələri Mevlana və Erasmus mübadilə proqramları çərçivəsində təhsillərini davam etdirmək üçün Türkiyənin, Avropanın nüfuzlu universitetlərinə göndərmək də gənclərin daha yaxşı mütəxəssis kimi formalaşmasına hesablanıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info