TUMİB Qusarda şəhid olmuş qəhrəmanların tanıdılması ilə bağlı tədbir keçrdi
Tarix: 28.06.2018 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Qusar rayon Gəncər Mərkəzində “Türkiyə Universtetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə konfransların keçirilməsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirdi.

Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Əmirmətov Emil, TUMİB-nin sədri Çingiz Bayramov, TUMİB-in idarə heyətinin üzvi Seymur Verdizadə, TUMİB-in üzvü Müşfiq Əlizadə, rayon gəncləri və digər qonaqlar iştirak etdilər.

Konfras iştirakçıları ilk öncə Qusar şəhrində şəhidlər xiyabanını ziyaət edərək, şəhidlərin məzarlarına gül dəstələri qoydular.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov sözü ilə tədbiri açaraq, Qusar rayonunun qəhramanlıq tarixindən və Azərbaycanın Milli qəhrəmanları Fəxrəddin Musayevin, Sərdar Səfərovun və Çingiz Qurbanovun keçdiyi döyüş yolu hər bir Azərbaycan gəncinə örnək olduğundan bəhs etdi.
TUMİB-nin sədri Çingiz Bayramov çıxışında bildirdi ki, Azərbaycan qəhrəmanlar yurdudur, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

Daha sonra konfransda çıxış edənlər TUMİB-in idarə heyətinin üzvü Seymur Veridizadə, TUMİB-in üzvü Müşfiq Əlizadə və digərləri bildirilər ki, adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş qəhrəman oğul və qəzlarımızı təbliğ etməklə milli dəyərlərə bağlı olan vətənpərvər gənclik yetişdirməyin mümkün olduğunu deyiblər. Çıxış edənlər bildiriblər ki, hər bir yemiyetmə və gənc Azərbaycanın qəhrəman övladlarını yaxından tanımalı, onlarla fəxr etməlidir. “Həyatını ölkəmizin suverenliyi, xalqımızın firavan gələcəyi uğrunda fəda etmiş qəhrəman oğul və qızlarımızı unutmağa mənəvi haqqımız yoxdur, deyə çıxış edən natiqlər vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info