İcitmai Birlik sosial əngəlli uşalqarın gəzintisini təşkil edib
Tarix: 28.06.2018 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Bu ekskursiya Azərbaycan Respublikası Prezidenti Yanında QHT-yə Dəstək Şurasının dəstəyi ilə “Cəbhəyanı bölgələrdə olan qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial reablitasiyasına dəstək və asudə vaxtın təşkili” adlı layihə çərçivəsində həyata keçirilib. Azərbaycanın müxtəlif rayonlarından olan sosial ənəgəlli uşaqlar ölkəmizin paytaxtında gəzməli, görməli yerlərdə olublar.
Onlar bu yaşlarınadək yaşadıqları rayondan, evlərindən kənara çıxmayıblar. Bu uşaqların arzusu Bakını görmək, onun maraqlı yerlərini gəzmək olub.
Müxtəlif sosial problemləri olan bu uşaqların arzusu həyata keçib.
İctimai Birliyin sədri İradə Polad uşalqarın arzusunun gerçəkləşməsindən xeyli sevindiyi bildirib: “Bu yolda mənimlə bərabər əziyyət çəkən, deyərdim ki bütün məsuliyyəti öz üzərlərinə götürən Ziya Rzayev, Ülviyyə Şabanova və Ülviyyə Balayevaya tşəkkür edirəm. Belə xeyirsevər, humanist və fədakar insanlarla işləməkdən məmnun oldum. Uşaqların sevincini isə sözlə ifadə etmək mümkün deyil. Müxtəlif sosial problemləri olsa da, onlar da Azərbaycan vətəndaşlarıdır. Onlar da bu torpağın övladlarıdır. Onların qayğıya daha çox ehtiyacı var. Biz də onların bu istəklərini gerçəkləşdirməyə çalışırıq”.
Uşaqlar gün ərzində Şirvanşahlar sarayı , İçərişəhər, Qız qalası, Heydər Əliyev Fonudunun binası yaxınlığındakı parkda, Dənizkənarı milli parkda gəzib, əyləniblər, müxtəlif muzeylərə baş çəkiblər.
Cəmiyyətimizin bu təbəqəsindən olan uşaqların belə gəzintilərinin təşkili mənəvi baxımdan rahatlıqdır. Müəyyən sosial əngəli olan həmvətənlərimizə diqqət cəmiyyətimizin güclü olması üçün vacibdir. Onların unudulmaması yaşıdları ilə birlikdə əylənmələri,cəmiyyətə reabilitasiya olunmaları, ölkəmizi tanımaları cəmiyyətimizin inkişafına yardımdır.
Belə insanlar arasından az dahilər çıxmayıb. Yenilərinin də yetişəcəyi istisna edilmir. Təki, bu təbəqəyə də diqqət artsın. Bu, perspektivdə onların dünya görüşünün zənginləşməsinə səbəb olar. Həmin insanların cəmiyyətimiz üçün faydalı vətəndaş olaraq, yetişməsinə təsir edər. Təki, onlara laqeyd olmayaq, qayğımız, diqqətimizi əsirgəməyək.
“Cəbhəyanı bölgələrdə olan qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial reablitasiyasına dəstək və asudə vaxtın təşkili” adlı layihənin icrası davam edir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info