“Azərbaycan Silahlı Qüvvələri peşəkarlığına və hərbi təchizatına görə ən müasir ordulardan biridir”
Tarix: 28.06.2018 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Silahlı Qüvvələri peşəkarlığına və hərbi təchizatına görə ən müasir ordulardan biridir. Azərbaycan Silahlı Qüvvələrinin nizam-intizamı, hazırlıq və təchizat səviyyəsi Türkiyə Ordusu ilə eynidir. İki qardaş və dost xalqın orduları xalqlarımızın ümidi və ölkələrimizin təhlükəsizliyinin təminatıdır.
Bu fikirləri Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilmiş təntənəli hərbi paradla əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.
Bilal Dündar bildirib: “Əsgərlik peyğəmbər ocağıdır” kəlamı xalqlarımızın ordularımıza verdikləri böyük önəmin göstəricisidir. Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda Türkiyə və Azərbaycan orduları çiyin-çiyinə addımlayaraq bizə unudulmaz hisslər yaşatdılar.
Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Türk Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarın hərbi paradı izləmək üçün Bakıya səfər etmələri xalqlarımız arasındakı qardaşlıq bağlarının ən yüksək səviyyədə olmasının göstəricisidir. Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan qırıcı təyyarələrin Bakı səmasında nümunəvi uçuşları bu qardaşlığın daha bir təzahürü oldu”.
Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının ölkələrimiz və xalqlarımız üçün yol xəritəsi olduğunu vurğulayan Bilal Dündar qeyd edib ki, Azadlıq meydanında iki qardaş dövlətin Hərbi Hava, Quru və Dəniz qüvvələrinin parad heyətlərinin təntənəli marşla tribuna önündən keçmələri dostlarımıza qürur, düşmənlərimizə isə qorxu hissi yaşatdı.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info