“Açıq rəf” layihəsi start götürür
Tarix: 13.06.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondu, Azərbaycan Tələbələr Şəbəkəsi və Dünya İqtisadi Forumunun Qlobal Gənclər Birliyinin Bakı nümayəndəliyi Azərbaycanda kitab təbliğini aparmaq, bilik mənbəyi olan kitabları qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə “Açıq rəf” layihəsini həyata keçirir.
Gənclər Fondunun mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin diqqətini ədəbiyyata cəlb etmək, yeni nəsildə kitab oxumağa həvəsi artırmaq, eləcə də, ölkədə yaşayan xarici vətəndaşları Azərbaycan haqqında kitab vasitəsilə məlumatlandırmaqdır. Rəfin prinsipinə görə oxucular buradan əldə etdikləri kitabları ya geri qaytarmalı, ya da əvəzinə başqa kitab təhvil verməlidir. Rəfdən istifadə qaydalarına görə, kitab rəfindən hər zaman istifadə etmək mümkündür və oxucular istədikləri kitabı seçib oxuya bilərlər. Oxucu kitabı müəyyən müddətə götürüb oxuduqdan sonra geri qaytara bilər və ya rəfdən götürdüyü kitabı başqa bir kitabla dəyişə bilər. İlk “Açıq rəf” İçərişəhərdə yerləşdirilib. İyunun 14-də saat 10:00-da ilk “Açəq rəf”in açılış mərasimi keçiriləcək. Açılışda rəsmi qonaqların, müxtəlif gənclər təşkilatları rəhbərlərinin, fəalların, gənc yazarların və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info