ADPU-da Beynəlxalq Simpozium keçirilir
Tarix: 28.06.2018 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU), Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu öz işinə başlayıb. Beynəlxalq Simpoziumda Türkiyənin və Azərbaycanın aparıcı universitetlərinin tanınmış və nüfuzlu alim-mütəxəssisləri, AMEA-nın məsul şəxsləri, Türkiyə Respublikasının Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçilər Birliyi, Yunis Əmrə İnstitutunun və digər elmi müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumun keçirilməsi barədə müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən simpoziumun yüksək səviyyədə keçirilməsi məqsədilə 13 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Öncə qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını əks etdirən foto-sərgi, eləcə də universitetdə fəaliyyət göstərən TÜRKSOY kafedrası, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev məktəbinin lektoriyası ilə tanış olublar, sonra simpozium universitetin Böyük Akt zalında davam edib. Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Beynəlxalq Simpoziumun plenar iclasını giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Bu Beynəlxalq Simpozium Azərbaycan və Türkiyənin birgə keçirdiyi böyük toplantıdır. Bu gün bütün Türk dünyasının böyük bayramıdır. Azərbaycanla Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Elm, təhsil, mədəniyyət sahəsində keçirilən belə birgə tədbirlər dostluğumuzun, həmrəyliyimizin, qardaşlığımızın daha da gücləndirilməsinə xidmət edir. Azərbaycan və Türkiyənin siyasi həyatında böyük hadisələr baş verib. Hər iki ölkədə Prezident seçkisi keçirilib. İnanırıq ki, yeni dönəmdə də Türkiyə və Azərbaycan münasibətləri dinamik inkişaf edəcək. Bu simpozium fikir və təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Rektor çıxışının sonunda simpoziumun işinə uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu gün ADPU-da keçirilən simpozium həmrəyliyimizin, birliyimizin, qardaşlığımızın əyani ifadəsidir. Bu simpozium Türk dünyasının inteqrasiya prosesini əks etdirir. Türk dünyası birliyi dünya birliyinə töhfədir.
Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov və başqaları çıxış edərək simpoziumun Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilməsindən məmnunluq duyduqlarını bildiriblər.
Plenar iclasda Türk dünyasına xidmətə görə fərqlənən ziyalılara mükafatlar təqdim olunub, sonra simpozium öz işini Qafqaz İslam Ordusu bölməsində davam etdirib. Beynəlxalq Simpozium çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu” mövzusunda foto-sərgi nümayiş etdirilib.
Daha sonra simpozium təqdimatlarla davam edib. Yüksək səviyyəli təqdimatlarda Azərbaycanın dövlətçilik tarixinin inkişaf mərhələləri, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimiz tarixində tutduğu şərəfli yer və Qafqaz İslam Ordusunun xilaskarlıq fəaliyyəti, Türkdilli ölkələrdə təhsil və sosial elmlərin inkişafı, bu sahədə qarşıda duran əsas vəzifələr, inkişaf perspektivləri, qloballaşma şəraitində təhsilalanların müstəqil yaradıcı düşüncə qabiliyyətlərinin inkişafı, təhsil proqramlarının yenilənməsi, müəllim hazırlığı, xaricdə təhsil, multikultural cəmiyyət, multikulturalizmin Azərbaycan modeli, Türksoylu xalqların mədəni inteqrasiyası, Türkiyə-Azərbaycan münasibətləri və digər vacib məqamlar geniş əksini tapıb.
2 gün davam edəcək Beynəlxalq Simpozium iyunun 29-da başa çatacaq. Simpoziumda edilən məruzələrin çap olunması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info