MEK Milli Ordumuzun 100 illik yubileyini qeyd edib
Tarix: 28.06.2018 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Azərbaycan Xalq Cümhuriyyəti - 100 işığında Azərbaycan Silahlı Qüvvələri Günü” informasiya blokuna MEK-in töhfəsi” adlı tədbir keçirib. Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabit və kursant heyəti, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin təmsilçisi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Hərbi Səfərbərlik üzrə Çağırış İdarəsinin nəzdində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin nümayəndələri, AMEA Birləşmiş Veteranlar Şurasının üzvləri, Xalq artisti Nurəddin Mehdixanlı, ictimai xadimlər, şəhid və hərbçi ailələri iştirak edib. Azərbaycan dövlət himninin sədaları altında başlayan tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi sayğı duruşu ilə yad edilib.
Tədbir iştirakçılarını salamlayan MEK direktoru Leyla İmanova MEK-in informasiya toplayan, mühafizə edən və paylaşan qurum olması ilə yanaşı, informasiyanı istehsal edən innovativ müəssisə olmasından və bu səbəbdən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixili “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamının icrasına özünəməxsus töhfə verməsindən – Milli Rəqəmsal Yaddaş, Sərbəst Elektron Resurslar (SER) və informasiyanın başqa tətbiqi sahələrində əlaqələndirilmiş fəaliyyətdən danışıb. “Biz, MEK olaraq həmişə ordumuzun, əsgərimizin yanındayıq, istər uğurlu anlarında, hücüm və qələbələrində, istərsə də izahı açıqlanmayan uğursuz anlarda” - deyən MEK direktoru Milli Ordumuza, Azərbaycan əsgərinə, Azərbaycan döyüşçüsünə MEK kollektivi adından sevgi, inam və hörmətini bildirib. 
Sonra “Azərbaycan Xalq Cümhuriyyəti - 100 işığında Azərbaycan Silahlı Qüvvələri Günü” informasiya blokuna MEK-in töhfəsi” adlı təqdimat keçirilib. MEK-in ayrı-ayrı söbələri tərəfindən əlaqələndirilmiş şəkildə görülmüş işlərin nəticələrini Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, İnnovativ layihələrin icrasına nəzarət şöbəsinin müdiri Habil Əliyev, Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov, SER Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova təqdim edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Mikayıl Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şanlı və məşəqqətli hərb yolundan danışıb. Müstəqilliyin bərpasından sonra ordu quruculuğu sahəsində aparılan məqsədyönlü siyasətdən və sürətli inkişafdan söz açan polkovnik Milli Ordumuzun 100-cü ildönümü ərəfəsində ordumuzun döyüş hazırlığı barədə məlumat verib. 
“Millətin gücü onun sayında yox, ruhunun qüdrətindədir. Millət özünə qayıdanda, özünə aid olanlara sahib olanda, milli kimliyinin, əxlaqının, taleyinin və tarixinin sahibi olanda güclü olur” – deyən Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, bizim dövlət qurmaq ənənəmiz 1918-ci ildən yenidən bərpa edilib. “Bu gün dünyanın bütün geostrateji planlarında böyük əhəmiyyətli iqtisadi layihələrdə söz sahibi olan bir Türk Cümhuriyyəti var, bu gün dünyanın taleyində önəmli söz sahiblərindən olan bir Azərbaycan dövləti var. Ona görə bizim heç yerdə boynu bükük durmağa haqqımız yoxdur. Biz sahib olduqlarımızın çox azını, cüzi hissəsini əldə etmişik, amma bu cüzi şeylər bizim könlümüzü qabardır, bizim nə qədər böyük mədəniyyətə, tarixə malik bir millət olduğumuzu göstərir” – deyə N.Mehdixanlı qeyd edib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və tanıtma müşaviri cənab İrfan Çiftçi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının önəmindən, hər iki ölkədə ordu quruculuğunun qədim və zəngin tarixə malik olmasından danışıb. Kökü bir, dili bir, eyni millət olduğumuza diqqət çəkən müşavir hər iki qardaş ölkənin beynəlxalq tribunalarda vahid mövqedən çıxış etməsini, həm sevincli, həm də çətin anlarda bir-birinin yanında olması zərurətini xüsusi vurğulayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti məzunlarının hazırladığı, Azərbaycan gəncinin milli fədakarlığını, vətənə sadiqliyini, Azərbaycan əsgərinə, Qarabağ müharibəsində döyüşmüş və əlil olmuş əsgərə yüksək sevgi və sədaqət hissini tərənnüm edən “Günlər” filminin nümayişindən sonra “Vətən uğrunda vuruşmuş Azərbaycan əsgərinə və əlilliyi olan insanlara dəyər verən və sayğı münasibəti formalaşdıran qısametrajlı filmin yaradılmasına görə” filmin yaradıcı qrupuna təşəkkürnamə təqdim edilib.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, AMEA Birləşmiş Veteranlar Şurasının üzvləri, II Xüsusi şöbənin əməkdaşları – AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Mülki müdafiə qərargahının rəisi mayor İlqar Əliyev və AMEA Coğrafiya İnstitutunun əməkdaşı, Əfqanıstan müharibəsi veteranı Rəsul İsmayılov, Azərbaycan Respublikası Hərbi Səfərbərlik üzrə Çağırış İdarəsinin nəzdində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin şöbə rəisi Rahib Bayramov 26 İyun “Azərbaycan Silahlı Qüvvələri günü” və Milli Ordumuzun 100 illiyinə dair dəyərli məlumatlar səsləndiriblər.
Tədbirdə MEK-in Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Səndən qeyri biz hamımız ölə billik!” şüarı altında “Vətənim Azərbaycan” mövzusunda keçirdiyi şeir qiraəti müsabiqəsinin final iştirakçılarının çıxışları da təqdim olunub. Şəhidlər xiyabanından hazırlanmış xüsusi video-çarxda müsabiqə finalçılarından Aydan Ağalarzadənin, Zakir Həsənzadənin və Aysun Əsgərovanın ifasında Azərbaycanın istiqlal şairləri – Əhməd Cavadın, Məmməd Arazın, Xəlil Rza Ulutürkün şeirləri səsləndirilib, I-ci yerin qalibi, 42 saylı məktəbin şagirdi Rauf Əliyev isə canlı ifada şair Ramiz Qusarçaylının “Bayraq” şeirini söyləyib.
Tədbirin sonunda Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin rəhbərliyi adından MEK kollektivinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal iştirakına görə" fəxri diplom təqdim edilib.
Yüksək vətənpərvərlik əhval-ruhiyyəsində keçən tədbir MEK tərəfindən AXC və Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı görülmüş işləri əks etdirən “Milli Ordumuz-100” adlı video-çarxın nümayişi ilə davam edib. 
Bütün çıxışçılar vətənpərvərlik, milli etimad hissi ilə görülən işlərə, MEK komandası tərəfindən xüsusi innovativ fəaliyyətə görə MEK kollektivinə təşəkkürlərini bildirib, AXC-nin və Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. 
Məlumat üçün bildirək ki, kitabxana fondlarında "Milli Ordumuz - Milli Qəhrəmanlarımız" mövzusunda 427 sayda sənəd aşkar edilərək elektron kataloqda qeyd olunub, rəqəmsallaşdırılıb, onlardan 42 nüsxəsi MEK-in həyata keçirdiyi, 2017-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib. Eləcə də, Aprel döyüşlərində şəhid olan hərbçilərimizin, Azərbaycanın Milli Qəhrəmanlarının, Qarabağ döyüşlərində, Əfqanıstan müharibəsində həlak olmuş azərbaycanlıların siyahıları və barələrində geniş məlumat MRY bazasında yerləşdirilib.
http://mek.az/article.aspx?id=1507




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info