İqtisadiyyat İnstitutunun iki şöbəsində elmi vəzifələrin tutulması üzrə müsabiqə baş tutdu
Tarix: 28.06.2018 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


İqtisadiyyat İnstitutunun iki şöbəsində elmi vəzifələrin tutulması üzrə müsabiqə baş tutdu. AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən Elmi Şuranın növbəti iclasında daha iki şöbə üzrə elmi vəzifələrin tutulması üçün müsabiqə baş tutdu. İnstitutun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində müzakirələr aparıldı, namizədlərin fikirləri dinlənildi. Sonra hər bir namizəd üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün Elmi Şurada gizli səsvermə keçirildi. Nəticələrə əsasən, iqtisad elmləri doktoru Fuad Qənbərov şöbə müdiri, Eyvazov Aqil, Abasova Samirə, Sarıyev Ələsgər, Səmədova Gülnar aparıcı elmi işçi, Mənəfova Əsmər, Yadigarov Təbriz və Əsədov Rövşən elmi işçi vəzifəsinə seçildilər. 1 iddiaçı 2/3 səs toplaya bilmədiyi üçün aparıcı elmi işçi vəzifəsinə seçilmədi. Günün ikinci yarısında Elmi Şurada “İqtisadi tədqiqatlarin riyazi təminati” şöbəsi üzrə də elmi vəzifələrin tutulması üçün müsabiqə baş tutdu. İddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdikdən sonra hər bir iddiaçının elmi fəaliyyəti barəsində özlərinin də iştirakı ilə müzakirələr aparıldı. Namizədlərin hər biri üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün gizli səsvermə keçirildi. Nəticələrə əsasən, professor Akif Musayev şöbə müdiri, Rəvanə Davudova aparıcı elmi işçi, Simrah İsmayılova və Turac Musayev elmi işçi, Mirvari Qəzənfərli kiçik elmi işçi vəzifəsinə seçildilər.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
24.04.2019
Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq
24.04.2019
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info