Qusarda Xudat-Həzrə avtomobil yolu yenidən qurulur
Tarix: 28.06.2018 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd yollarının yenidən qurulmasını da geniş əhatə edir. Belə layihələrdən biri də Qusar rayonu ərazisində gerçəkləşdirilir. Bu Köhnə Xudat-Həzrə marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən və 21 km uzunluğa malik avtomobil yoludur.
 
Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, köhnə Xudat-Həzrə avtomobil yolu 4-cü texniki dərəcəlidir. Uzun müddət təmir olunmadan istismarı və təbii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən Agentlik yolun yenidən qurulması işlərinə start verib.
 
Yenidənqurma işləri çərçivəsində sözügedən  yol boyu deformasiyaya uğramış hissələr 1400 min kub.m həcmdə qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 3100 kub.m həcmdə yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün dağ yamacları kəsilib, yolun torpaq yatağı genişləndirilib.
 
Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 170 min kv.m sahədə yol əsasın alt və üst layının 22 sm qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 124 min kv.m sahəni əhatə edəcək. 42 min kv.m sahədə isə optimal çınqıl qarışığından 10 sm qalınlığında bərkidilməsi, həmçinin 180 kv.m giriş-çıxış yolunun təmiri işləri aparılacaq.
 
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 3 km uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb.
 
Yol boyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 60 paqon-metr uzunluğunda və diametri 0.7 metr olan yeni dəmir-beton boruların quraşdırılması işləri də aparılır.
 
Tikinti işlərinin sonuncu  mərhələsində hərəkətin normal təşkili üçün  yol boyu  76 ədəd yol nişanı və məlumatverici lövhə, 21 km göstəricisi, 680  ədəd siqnal  dirəkləri quraşdırılacaq, 63 km uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək.
 
Köhnə Xudat-Həzrə avtomobil yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 21.5 min əhalinin yaşadığı 21 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info