Şərurda taktiki-xüsusi təlim keçirilib
Tarix: 28.06.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Şərur Rayon Mərkəzi Xəstəxanasında “Təbii fəlakətlər zamanı və radioaktiv çirklənmə şəraitində zədələnmişlərə tibbi yardımın göstərilməsi” mövzusu üzrə taktiki-xüsusi təlim keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi muxtar respublikanın Şərur rayonu ərazisində mümkün təbii və texnogen xarakterli fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasında cəlb olunan rayon mərkəzi xəstəxanasının tibbi işçilərinin hazırlığını yoxlamaqdır. Həmçinin zədələnmə ocaqlarında, təbii fəlakət rayonlarında, habelə radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmə şəraitində tibb işçilərinin təxirəsalınmaz tibbi yardımın göstərilməsi təcrübəsini mənimsəmələri də təlimin əsas məqsədləri sırasında yer alıb.
Təlim plana uyğun olaraq iki mərhələdə həyata keçirilib.
Birinci mərhələdə əhalinin və mülki müdafiə qüvvələrinin tibbi təminatının təşkili üzrə vəzifələrin yerinə yetirilməsi üzrə xəstəxananın mülki müdafiə planının reallığı, idarəetmə orqanlarının və tibb qüvvələrinin hazırlığı yoxlanılıb, şərti zədələnmə ocağında ilk tibbi yardım dəstəsinin qəbul-çeşidləmə, əməliyyat-sarğı, hospital, zərərçəkənlərin yerləşdirilməsi bölmələrinin açılması təmin edilib. Bundan başqa, laboratoriya, tibbi təchizat, qismən sanitar təmizləmə, paltar və ayaqqabıların dezaktivasiya bölmələrinin fövqəladə hallara hazırlığına qiymət verilib.
Qeyd edək ki, ilk tibbi yardım dəstəsi zədələnmə ocaqlarında və təbii fəlakət rayonlarında əhaliyə tibbi yardımın göstərilməsini, həmçinin sülh və müharibə dövrlərində mülki müdafiənin digər tədbirlərinin yerinə yetirilməsini təmin edən mobil tibb heyətidir. Radioaktiv, kimyəvi zəhərlənmə ocaqlarında, həmçinin təbii fəlakət rayonlarında onun üzərinə düşən əsas vəzifə zədələnmişləri qəbul etmək və çeşidləmək, onlara ilkin həkim yardımı göstərmək, daşına bilməyən xəstələri müvəqqəti olaraq hospital bölməsində yerləşdirmək, digər zədələnmişlərə isə tibbi yardım göstərmək üçün onları şəhərkənarı zonanın müalicə müəssisələrinə təxliyə etməkdən ibarətdir.
Təlimə hazırlıqla bağlı dəstənin hər bir üzvünün tabel təchizatı üzrə fərdi və tibbi mühafizə vasitələri ilə, zəruri dərman preparatları, fərdi dərman qutuları, sarğı materialları, xüsusən də güclü təsiredici zəhərli maddələrdən qorunmaq üçün xüsusi profilaktika vasitələri ilə təchizatı yoxlanılıb.
İkinci mərhələnin birinci təlim yerində təbii fəlakət rayonunda zərərçəkmiş əhaliyə tibbi yardımın göstərilməsi üzrə ilk tibbi yardım dəstəsinin, ixtisaslaşdırılmış həkim yardım briqadalarının praktik fəaliyyətinə baxış keçirilib. Bununla bağlı təlim rəhbərliyi tərəfindən verilmiş müdaxilələr əsasında şərti fəlakət rayonundan gətirilmiş zədələnmişlərin ilk tibbi yardım dəstəsinin qəbul-çeşidləmə bölməsində yerləşdirilməsi, qeydiyyata alınması, xəstə axının ağır və yüngül zədələnmişlər qrupuna ayrılması təşkil edilib. Zədələnmişlər çeşidləndikdən sonra onların bir hissəsi təxliyə orqanları vasitəsilə tibbi yardım almaq üçün hospital bölməsinə yerləşdirilib, digərləri isə əməliyyat-sarğı bölməsinə, ağır xəstələr isə xəstəxana şəraitində ixtisaslaşdırılmış həkim yardımı üçün göndərilib. Bu təlim yerində həkim və orta tibb işçilərinin operativ və peşəkar müdaxilələri nəticəsində qarşıya qoyulmuş tapşırıqlar vaxtında yerinə yetirilib.
Digər təlim yerində isə muxtar respublika ərazində ehtimal olunan radioaktiv çirklənmə şəraitində xəstəxana işçilərinin mühafizəsinin təşkili, ərazidə dozimetrik nəzarətin həyata keçirilməsi, mühafizə rejimlərinin tətbiq edilməsi, gətirilən şərti zədələnmişlərin ilk tibbi yardım dəstəsinin qəbul-çeşidləmə bölməsinin bölüşdürücü postunda çeşidlənməsi, qismən və tam sanitar təmizləmə işinin aparılması, paltar və ayaqqabıların dezaktivasiyası, həmçinin laboratoriya və tibbi təminat bölmələrinin işinin təşkili üzrə tapşırıqların icrası təmin edilib.
Taktiki-xüsusi təlimdə Şərur Rayon Mərkəzi Xəstəxanasının 146 nəfərdən ibarət ilk tibbi yardım dəstəsi, 15 nəfərdən ibarət yüksək hazırlıqlı travmatoloji, cərrahi və yanıq əleyhinə briqadalar, rayon Sanitar Epidemioloji Xidmətinin 10 nəfərdən ibarət ixtisaslaşdırılmış qurumları, 4 ədəd təcili tibbi yardım avtomobili, həmçinin Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 10 nəfərdən ibarət təqlidetmə qrupu iştirak edib.
Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info