ADPU-nu bu il 3 min 576 məzun bitirib
Tarix: 28.06.2018 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara müqəddəs müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb, gənclərin gələcəkdə müstəqil ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Rektor bildirib ki, bu il ADPU-nu səkkiz fakültə üzrə əyani təhsilalma forması üzrə 1704 nəfər, yeddi fakültə üzrə qiyabi təhsilalma forması üzrə isə 179 nəfər (cəmi 1883 nəfər) məzun bitirib. Ümumilikdə ADPU-nun beş filialında 664 nəfər təhsil alıb. Builki tədris ilində universitetin magistraturasını 23 ixtisas, 25 ixtisaslaşma üzrə 401 magistr bitirib. ADPU-nun “SABAH” qruplarında iki ixtisas üzrə 27 nəfər oxuyub. Universiteti ali təhsilin bakalavriat səviyyəsi üzrə beş ixtisas üzrə 19 nəfər, magistratura səviyyəsi üzrə isə iki ixtisas üzrə dörd nəfər (cəmi 23 nəfər) əcnəbi tələbə bitirir. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində isə yeddi ixtisas üzrə əyani təhsilalma forması üzrə 495, qiyabi təhsilalma forması üzrə isə 83 (cəmi 578) məzun olub. ADPU-nu filiallar və kolleclə birlikdə 3 min 576 nəfər məzun bitirib.
Sonra akademik göstəriciləri yüksək olan və sosial fəallığına görə xüsusi fərqlənən məzunlara plaketlər təqdim edilib.
Tədbir məzunların hazırladıqları bədii-musiqili kompozisiya və tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info