Mahaçqalada Maqomedsalam Umaxanovun 100 illik yubiley tədbiri keçirilib
Tarix: 29.06.2018 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Yubiley tədbirində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər. Azərbaycan nümayəndə heyəti vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıb. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov və Milli Məclisin sədri Oqtay Əsədov abidə önündə çıxış edərək görkəmli dövlət xadimi Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrildiyini qeyd ediblər. Əziz Əliyevin Dağıstana başçılıq etdiyi çox mürəkkəb bir dövrdə - 1942-1948-ci illərdə respublikanın inkişafı üçün gördüyü böyük işlərdən söhbət açılıb. Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Əlibəy Taxo-Qodi adına Dağıstan Milli Muzeyində olublar. Qonaqlara muzeydəki qiymətli eksponatlar barədə ətraflı məlumat verilib. Görkəmli dövlət xadimi Maqomedsalam Umaxanovun 100 illik yubiley mərasimi Mahaçqala şəhərindəki Maksim Qorki adına Dövlət Rus Dram Teatrının binasında keçirilib. Maqomedsalam Umaxanov Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1956-1967), Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi (1967-1983) vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi illərində cəbhədə mərdliklə vuruşub. M.Umaxanov müharibədən sonrakı illərin qurucularından biri, Dağıstan Respublikasının çiçəklənməsi naminə yorulmaq bilmədən çalışan, xalq arasında yüksək nüfuz qazanmış partiya və dövlət xadimlərindən biri olmaqla yanaşı, gündəlik həyatda da çox səmimi və sadə bir insan kimi tanınıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info