Bakıda növbəti beynəlxalq toplantı: Əfqanıstanın gələcəyi müzakirə edilir
Tarix: 29.06.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı işə başlayıb. Toplantıda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uels və 60-a yaxın ölkədən nümayəndə iştirak edir. Əfqanıstanla birlikdə Almaniya da Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir. Tədbirdə Əfqanıstanın dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edirlər. Xarici işlər nazirinin müavini Araz Əzimov toplantısında deyib ki, bizim birgə məqsədimiz Əfqanıstan və bu ölkədən kənarda sülh və təhlükəsizliyə dair hədəflərə nail olmaqdır. Araz Əzimov toplantının əhəmiyyətini qeyd edərək bildirib ki, bu, çox mühüm platformadır: “Geniş tərkibli beynəlxalq ölkələr qrupu Əfqanıstan-Taliban münaqişəsinin həllinə dair əməkdaşlıqda çox maraqlıdır. Biz bu işdə kömək göstərmək və əməkdaşlıq etməyə, birgə səyləri daha da inkişaf etdirməyə şadıq. Biz bunu dost və qardaş Əfqanıstan üçün edirik. Bu ölkə ilə ümumi tarixi, mədəniyyəti bölüşürük. Ümid edirəm ki, xalqlarımız gələcəkdə daha sıx əlaqədə olacaq, bir-birinə kömək edəcək”. A.Əzimov bugünkü gündəliyin çox vacib olduğunu, ölkələrin müəyyənləşdirdiyi prioritet əsaslar üzərində qurulduğunu deyib. Əlavə edib ki, bu, həm də Əfqanıstan hökumətinin yaxşı nəticələr əldə etmək istədiyini göstərir. Bu məsələ ilə bağlı digər formatlar da mövcuddur, məsələn, “Tokio formatı”. Hər bir formatın öz məqsəd və hədəfləri var. Bu baxımdan, Beynəlxalq Təmas Qrupu uğurlu, vacib siyasi platformadır. Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına ümid etdiyini bildirib: “Bu ilin oktyabrında qardaş Əfqanıstanda keçiriləcək parlament seçkilərinin ən mümkün yollarla yaxşı təşkil olunacağına, onun nəticələrinin gələcəkdə stabilliyin möhkəmlənməsinə və növbəti prezident seçkiləri üçün yaxşı zəmin yaradacağına inanırıq”. Qeyd edək ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur. Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Bakıda keçirilən toplantıya Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-a yaxın nümayəndəsi qatılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info