“Türkdilli ölkələrdə təhsil və sosial elmlər”
Tarix: 29.06.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU), Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu öz işinə başlayıb. Beynəlxalq Simpoziumda Türkiyə və Azərbaycanın aparıcı universitetlərinin tanınmış və nüfuzlu alim-mütəxəssisləri, AMEA-nın məsul şəxsləri, Türkiyə Respublikasının Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçilər Birliyi, Yunis Əmrə İnstitutunun və digər elmi müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumun keçirilməsi barədə müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən simpoziumun yüksək səviyyədə keçirilməsi məqsədilə 13 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Öncə qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını əks etdirən fotosərgi, eləcə də universitetdə fəaliyyət göstərən TÜRKSOY kafedrası, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev məktəbinin lektoriyası ilə tanış olublar, sonra simpozium universitetin Böyük Akt zalında davam edib. Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Beynəlxalq Simpoziumun plenar iclasını giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Bu Beynəlxalq Simpozium Azərbaycan və Türkiyənin birgə keçirdiyi böyük toplantıdır. Bu gün bütün Türk dünyasının böyük bayramıdır. Azərbaycanla Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Elm, təhsil, mədəniyyət sahəsində keçirilən belə birgə tədbirlər dostluğumuzun, həmrəyliyimizin, qardaşlığımızın daha da gücləndirilməsinə xidmət edir. Azərbaycan və Türkiyənin siyasi həyatında böyük hadisələr baş verib. Hər iki ölkədə prezident seçkisi keçirilib. İnanırıq ki, yeni dönəmdə də Türkiyə və Azərbaycan münasibətləri dinamik inkişaf edəcək. Bu simpozium fikir və təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Rektor çıxışının sonunda simpoziumun işinə uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu gün ADPU-da keçirilən simpozium həmrəyliyimizin, birliyimizin, qardaşlığımızın əyani ifadəsidir. Bu simpozium Türk dünyasının inteqrasiya prosesini əks etdirir. Türk dünyası birliyi dünya birliyinə töhfədir.
Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov və başqaları çıxış edərək simpoziumun Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilməsindən məmnunluq duyduqlarını bildiriblər.
Plenar iclasda Türk dünyasına xidmətə görə fərqlənən ziyalılara mükafatlar təqdim olunub, sonra simpozium öz işini Qafqaz İslam Ordusu bölməsində davam etdirib. Beynəlxalq Simpozium çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu” mövzusunda fotosərgi nümayiş etdirilib.
Daha sonra simpozium təqdimatlarla davam edib. Yüksək səviyyəli təqdimatlarda Azərbaycanın dövlətçilik tarixinin inkişaf mərhələləri, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimiz tarixində tutduğu şərəfli yer və Qafqaz İslam Ordusunun xilaskarlıq fəaliyyəti, Türkdilli ölkələrdə təhsil və sosial elmlərin inkişafı, bu sahədə qarşıda duran əsas vəzifələr, inkişaf perspektivləri, qloballaşma şəraitində təhsilalanların müstəqil yaradıcı düşüncə qabiliyyətlərinin inkişafı, təhsil proqramlarının yenilənməsi, müəllim hazırlığı, xaricdə təhsil, multikultural cəmiyyət, multikulturalizmin Azərbaycan modeli, Türksoylu xalqların mədəni inteqrasiyası, Türkiyə-Azərbaycan münasibətləri və digər vacib məqamlar geniş əksini tapıb.
2 gün davam edəcək Beynəlxalq Simpozium bu gün başa çatacaq. Simpoziumda edilən məruzələrin çap olunması nəzərdə tutulur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info