Yunanıstanda kütləvi tətillər başlayıb
Tarix: 13.06.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


İyunun 13-də Yunanıstanda hökumət tərəfindən Yunan Radioyayım Korporasiyasının (ERT) bağlanmasına etiraz əlaməti olaraq 24 saatlıq ümumi tətil başlayıb. “İTAR-TASS”ın məlumatına görə, tətil Yunanıstanın Əməyin Ümumi Konfederasiyası və Dövlət Qulluqçularının Həmkarlar İttifaqının Ali Şurası tərəfindən elan edilib.
Tətil iştirakçıları, həmçinin “işdən müvəqqəti çıxarılmış” dövlət radio və telekanallarının 2,6 min əməkdaşı ilə həmrəylik nümayiş etdiriblər. Onlar internet istisna olmaqla, yalnız Yunanıstanda deyil, bütün dünyada yunan diasporu üçün də öz proqramlarının translyasiyasını dayandırıblar.
Ölkədə işgüzar həyat ciddi pozulub. Tətildə çalışanların müxtəlif dəstələrini birləşdirən bir sıra həmkarlar ittifaqı, o cümlədən nəqliyyatçılar, həkimlər, ali məktəb müəllimləri, vergi mütəxəssisləri də iştirak edəcəklərini bildiriblər.
Həmçinin aviadispetçerlər, jurnalistlər, çap orqanlarının texniki heyəti, baş katibliyin əməkdaşları da etiraza başlayıblar. KİV nümayəndələri bildirirlər ki, hökumət YRK-nın bağlanması haqqında qərarından imtina etməyincə, tətili davam etdirmək niyyətindədirlər.
Yunan mətbuatı YRK üçün elan edilmiş “müharibə” və sol radikal müxalifətin lideri Aleksis Siprasın “dövlət çevrilişi”ndən yazır.
Hətta indiyə kimi həmişə siyasətdən çəkinən bütün Afina və Elladanın arxiyepiskopu II İeronim hakimiyyəti kəskin tənqid edərək ölkənin gərgin anında illərlə informasiyanın, mədəniyyətin və ellinizmin yayılmasına xidmət etmiş dövlət radiosu və televiziyasının bağlanması qərarını “anlaşılmaz” adlandırıb. Bununla yanaşı, hakmiyyətdə və onun cəmiyyətdəki tərəfdarlarında YRK-nı “hədsiz israfçılıqda” ittiham edən fikirlər də mövcuddur. Millətçi “Qızıl şəfəq” partiyası da eyni mövqeyi dəstəkləyir. Ümumilikdə isə Yunanıstanın əsas siyasi güclərindən və sağçı “Yeni demokratiya”dan başqa heç kim YRK-nın ləğvini dəstəkləmir.

N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info