ABŞ Azərbaycanın qlobal enerji layihələrinə dəstəyini bundan sonra da davam etdirəcək
Tarix: 29.06.2018 | Saat: 05:47:00 | E-mail | Çapa göndər


Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-ın enerji naziri Rick Perry ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq və qlobal enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanla ABŞ arasında strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyini, qitəyə enerji ehtiyatları təchizatının şaxələndirilməsini təmin edəcək layihələr həyata keçirməsi onun enerji təhlükəsizliyi sistemində əhəmiyyətini artırır.
Rick Perry ABŞ-ın Azərbaycanın qlobal enerji layihələrinə dəstəyinin bundan sonra da davam etdiriləcəyini deyib.
P.Şahbazov isə öz növbəsində Azərbaycanın enerji sektorunun irimiqyaslı layihələrlə qlobal enerji məkanına inteqrasiyasında ABŞ-ın mövqeyini yüksək qiymətləndirib.
Görüşdə Texas ştatının dünyanın inkişaf etməkdə olan enerji mərkəzi sayılan Hyuston şəhəri ilə Bakı arasında ortaq maraqlara əsaslanan dostluq və qardaşlıq münasibətlərinə də toxunulub. Bu münasibətlərin enerji sahəsində əməkdaşlığa da töhfə verdiyi qeyd olunub.
Energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon, ABŞ-ın ticarət nazirinin beynəlxalq əlaqələr üzrə köməkçisi İan Paul Steff və digər yüksək səviyyəli şəxslərlə də görüşü olub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib
20.09.2019
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu
20.09.2019
Prezident “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir
20.09.2019
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info