Azərbaycanlı deputatlar Avronest PA-da erməni təxribatlarının qarşısını alıb
Tarix: 29.06.2018 | Saat: 12:48:00 | E-mail | Çapa göndər



Azərbaycanın nümayəndə heyəti tərəfindən Avronest Parlament Assambleyasında (Avronest PA) erməni təxribatlarının qarşısı alınıb.

Nümayəndə heyətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinin Avronest PA üzrə nümayəndə heyətinin təşkilatın VII Plenar Sessiyasında iştirak etmək məqsədilə 25-27 iyun tarixlərində Belçika Krallığına səfəri başa çatıb. Milli Məclisin Avronest PA üzrə nümayəndə heyətinin rəhbəri xanım Sahibə Qafarovanın başçılığı ilə baş tutan səfərdə millət vəkilləri Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Rasim Musabəyov və Tahir Mirkişili iştirak ediblər.
Plenar Sessiyadan əvvəl keçirilən komitə iclasları çərçivəsində qətnamə layihələrinin müzakirəsi baş tutub. Siyasi komitədə hazırlanan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən qətnamə layihəsinin müzakirəsi xüsusilə gərgin keçib. Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmar və Gürcüstan parlamentinin üzvü xanım Tamar Xuroldovanın birlikdə hazırladığı qətnamə layihəsində Avropa İttifaqı tərəfindən bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hərtərəfli dəstəyin bildirildiyi maddə öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəndin sənəddən çıxarılması üçün çoxsaylı düzəlişlər təklif edən Ermənistanın Avronest PA üzrə nümayəndə heyəti millət vəkillərimizin səyləri nəticəsində istəklərinə nail ola bilməyib.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyin ifadə olunduğu qətnamə layihəsi Plenar Sessiyaya tövsiyə olunub və orada səs çoxluğu ilə qəbul edilib.
Daha sonra Ermənistan nümayəndə heyətinin "təxirəsalınmaz qətnamə" proseduru altında ölkəmizə qarşı yönəlmiş qətnamə layihəsi təklifinin qarşısı alınıb. Siyasi korrupsiya və siyasətdə etik davranış adı altında təklif edilən layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı səsləndirilən ittihamların Avronest çərçivəsinə gətirilməsi olub. Buna görə də Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Büro iclasında bunun qəti əleyhinə çıxıb və qətnamə layihəsinin geri götürülməsini təmin edib.
Bundan əlavə, Azərbaycanın millət vəkili Tahir Mirkişilinin həmməruzəçi olduğu qətnamə Plenar sessiyada qəbul edilib.
Təşkilatın Sosial komitəsinin iclasında isə Azərbaycanın ASAN Xidmətinin təqdimatı baş tutmuşdur. Avronest PA-nın sosial komitəsinin həmsədri Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutan təqdimatı ASAN xidmətin rəsmisi Kamran Ağası edib.
Avronest PA-nın Plenar sessiyası çərçivəsində keçirilən digər bir mühüm tədbir Qadın Forumu olub. Nümayəndə heyətimizin qadın üzvləri Sahibə Qafarova və Məlahət İbrahimqızının iştirak etdiyi forumda millət vəkillərimiz tərəfindən Azərbaycan Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən siyasət və tədbirlər haqqında məlumat verilib. Təşkilatın İqtisadi komitəsinin iclasında millət vəkili Azər Kərimli iştirak və çıxış edib, ölkəmizin iqtisadi siyasəti haqda komitə üzvləri və iştirakçılara məlumat verib.
Plenar sessiyanın sonuncu iclas günündə keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Cavanşir Feyziyev çıxış edib. Millət vəkili Cavanşir Feyziyev Avropa qurumlarında lobbiçilik fəaliyyətlərinin bu qədər geniş vüsət almasını pisləyib. Millət vəkili Avropa qurumlarının qərarlarının bəzən müxtəlif qrupların marağına görə verildiyini, qərarların verilməsində heç də ümumbəşəri dəyərlərin deyil, şəxsi mənfəətin ön planda olmasının arzuolunmaz nəticələr doğurduğunu vurğulayıb.
Avronest PA-nın VII Plenar Sessiyası iyun ayının 27-də öz işini başa vurub.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək
17.01.2019
Astanada 20 Yanvar şəhidləri anılıb
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info