Sərmayədarlar Türkiyədən 8 milyard dollar çıxardılar
Tarix: 13.06.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Aksiyalara görə konqreslərin keçirilməsinin
ləğvi otellərə gündəlik 100 min avro ziyan vurur


Türkiyədə iki həftədir davam edən aksiyalar ölkənin iqtisadiyyatına təsir göstərməyə başlayıb. Türkiyə Mərkəzi Bankının rəhbəri Ərdəm Başçı bildirib ki, son bir ayda ölkədən 8 milyard dollar pul çıxarılıb ki, bu məbləğin də çox hissəsi aksiyalar dövrünə təsadüf edib. Ölkədən çıxarılan pulların əksəriyyəti xarici mənbələrə aiddir. Bank rəhbəri bildirib ki, hələlik türk lirəsinin qiymətdən düşməsi üçün təhlükə yoxdur. Ciddi problem yaranacağı təqdirdə bank ehtiyatlarından istifadə edərək inflyasiyanın qarşısını alacaq. Ərdəm Başçı qeyd edib ki, İstanbul birjasında çalxalanma olduğu üçün 2 milyard lirəlik azalma qeydə alınıb və nəticədə banklar borc götürməyə məcbur olublar. Statistik məlumatları açıqlayan bank rəhbəri qeyd edib ki, Türkiyəyə bu ilin yanvar ayında 4,2 milyard, aprel ayında isə 5,4 milyard dollar xarici sərmayə daxil olub.
Türkiyədə baş verənlərin Misirin «Təhrir» meydanında olanlarla eyniləşdirilməsinin yanlış olduğunu dilə gətirən baş bankir birjadan vəsait çəkilməsinin qarşısını danışıqlar yolu ilə almağa çalışdıqlarını deyib. O, xarici tərəfdaşlarla təhlükə olmaması ilə bağlı danışıqlar aparıldığını da açıqlayıb. Birjalardakı narahatlıqlar isə xarici sərmayədarlarla bağlıdır. Onlar Türkiyədə baş verən aksiyalardan ehtiyatlanaraq pullarını çəkməyə başlayıblar. Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan isə baş nazir Ərdoğanın «faiz lobbisi» ilə bağlı bəyanatını dəyərləndirib. O, qeyd edib ki, iş dünyası və mediada özünə ciddi dayaq tapan «faiz lobbisi»nin ən önəmli gücü bank sektorundadır: «Öz işlərini görən özəl banklara heç bir sözümüz yoxdur. Amma bir çox banklar var ki, başqa işlərlə məşğuldurlar. Dövlətin əlində bununla bağlı ciddi sənədlər var. Faizləri artıraraq Türkiyənin qanını içməsinlər». Qeyd edək ki, «Taksim» meydanında baş verən olaylar səbəbi ilə Türkiyənin hər il ciddi gəlir əldə etdiyi turizm sektoru təhlükə qarşısındadır. Aksiyalar başlayanda turizm sektoru ilə məşğul olan sahibkarlar ciddi şəkildə narahatlıq ifadə etmişdilər. Aksiyaların bitmək bilməməsi onların narahatlığının ciddi olduğunu sübut etdi. Belə ki, «Taksim» meydanında yerləşən otellərin hamısının boş olduğu açıqlanıb. Orada əvvəlcədən yera «bron» edən turistlər bir-birinin ardınca bunu ləğv etdirirlər. Turizm sektorunun açıldığı bir vaxtda belə halların baş verməsi turizm sektoruna, o cümlədən ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək. İş Türkiyəyə gəlmək istəyən turistlərin fərdi şəkildə səfərlərini ləğv etmələri ilə bitmir. Məsələ ondadır ki, Türkiyə dünya üzrə konqes turizminin inkişaf etdiyi dövlətlərdən biri sayılır. Aksiyalar Türkiyənin konqres turizminə də mənfi təsir göstərməyə başlayıb. İstanbula təyin olunan və 3 min nəfərin iştirakının nəzərdə tutulduğu Dünya Psixoloqlar Birliyinin Konqresi ləğv edilib. İstanbul Konqres və Ziyarətçi Bürosunun rəhbəri Elif Fisunoğlu «Zaman» qəzetinə açıqlamasında bildirib ki, 5 gün ərzində İstanbulda qalacaq, gəzəcək, ən azı 2 min avro xərcləyəcək 3 min nəfər “Taksim” olayları ucbatından bura gəlməkdən imtina edib. Fisunoğlu indi həmin birliklə konqresin başqa vaxta təyin edilməsi istiqamətində danışıqlar apardıqlarını da sözlərinə əlavə edib. İstanbulun ən böyük otellərindən birinin sahibi isə bildirib ki, televiziyalarda göstərilən «Taksim»dəki gecə görüntüləri nəzərdə tutulan tədbirlərin ləğvi ilə nəticələnir. Onun sözlərinə görə, konqreslərin keçirilməsinin ləğvi onlara günlük 100 min avro ziyanla başa gəlir.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Rәcәb Tayyib Әrdoğan avqustun 27-dә Rusiyaya sәfәr edәcәk
24.08.2019
İraqda terror aktı, xәsarәt alanlar var
24.08.2019
Tramp Çindən gələn mallara olan rüsumları qaldırıb
24.08.2019
Tunisdə prezidentliyə namizəd olan şəxs korrupsiyaya görə saxlanılıb
23.08.2019
Xәlifә Hafterә sadiq qüvvәlәrin 17 üzvü tәslim olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info