DSX-dan uğurlu əməliyyat
Tarix: 29.06.2018 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyunun 28-də DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
 
Həmin tarixdə saat 03:15 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərəfindən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılıb, avtomobildə olan digər 1 nəfər şəxs qaçmağa müvəffəq olub.
 
Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini, 1989-cu il təvəllüdlü Əkbərov Heydər Malik oğlu və Cəlilabad rayon Göytəpə qəsəbə sakini, 1988-ci il təvəllüdlü Həsənov Babək Özbək oğlu olmaları müəyyən edilib. Hadisə yerindən qaçmış 3-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.
 
Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info