ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür etdi
Tarix: 29.06.2018 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


"Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin təmsilçiləri daxildir. Onlar Əfqanıstan sülh prosesinə və prezident Əşrəf Qaninin bu sahədə gördüyü işlərə dəstək verir. Biz Bakı görüşündə də sülhə və prezident Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi ifadə etdik".
 
APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
 
A. Uels bildirib ki, Əfqanıstandakı mülki əhali və "Taliban" tərəfindən bu kimi təşəbbüsə dəstək verilib və yaxşı qarşılanıb.
O, ölkəsi adından Azərbaycana və Azərbaycan hökumətinə Əfqanıstandakı fəaliyyətinə və hərbi mövcudluğuna görə təşəkkürünü bildirib.
 
"Hərbi mövcudluq vacibdir. Lakin digər təşəbbüs iqtisadi cəhətdən əməkdaşlıq edərək Əfqanıstanın inkişafına təkan verməkdir. Azərbaycan bu sahədə müstəsna rol oynayır. Azərbaycan iqtisadi təşəbbüslər baxımından bölgənin ürəyində yerləşir. "Lapis lazuri" Əfqanıstanın inkişafına təkan verən təşəbbüsdür, Azərbaycan da bu təşəbbüsdə iştirak edir. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən birini təşkil edir. Azərbaycan hökumətinə bu dəstəyi üçün təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır. Prezident Əliyevə Əfqanıstana yardımlar istiqamətdə apardığı rola və liderliyinə görə təşəkkür edirəm", - deyə A. Uelis bildirib.
 
ABŞ rəsmisi iyunun 28-də Bakıda keçirilən görüşün Əfqanıstan hakimiyyəti ilə "Taliban" arasında atəşkəs əldə olunandan sonra keçirilən ilk görüş olduğuna diqqət çəkib: "Döyüşçü və ya mülki şəxs olmasından asılı olmayaraq, atəşkəs təşəbbüsü sülhə və sabitliyə səy göstərilməsinin təzahürüdür. ABŞ bu təşəbbüsü dəstəkləyib. Bu yaxınlarda Pompeo bəyanatla çıxış edərək bildirib ki, ABŞ bu kimi təşəbbüslərə hər zaman dəstək verəcək. Beynəlxalq ictimaiyyətin təmsilçiləri dünən Bakıda keçirilən görüşdə də "Taliban"a sülhün bərqərar olması istiqamətində yardım əlini uzadıb. İndi "Taliban" buna münasibət bildirməlidir".
 
Qeyd edək ki, iyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib.
 
Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edib.
 
Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.
 
Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info